Məktəbdəki münaqişəyə görə müəllim cəzalandırıldı – AÇIQLAMA
28 oktyabr 2025-ci il tarixində 180 nömrəli tam orta ümumtəhsil məktəbinin riyaziyyat müəllimi uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə üzrə təşkilatçı ilə münaqişə yaradıb və ona xəsarət yetirib.
Bu barədə məlumat “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq məktəbdən bildirilib.
Qeyd edilib ki, məsələ ilə ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib: “Araşdırma nəticəsində riyaziyyat müəllimi İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən cərimə olunub. Məsələ ilə bağlı məhkəməyə müraciət olunduğu üçün araşdırma davam edir”.
Açıqlamada qeyd olunur ki, məktəbdə pedaqoji mühitə zidd davranışına, məktəb rəhbərliyinə, müəllimlərə qarşı uyğunsuz münasibətinə və "Təhsilverənlərin etik davranış Qaydaları"nı pozduğuna görə qeyd olunan riyaziyyat müəlliminə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.


