Məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinə dair göstəricilər açıqlanıb
2025-ci ilin əvvəlinə dair göstəricilərə əsasən, ölkə üzrə 179 məktəbdənkənar təhsil müəssisəsində 10 min dərnək təşkil olunub, burada 126 660 şagird təhsil alıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin "Azərbaycanda təhsil, elm və mədəniyyət" statistik məcmuəsində yer alıb.
Bu məktəbdənkənar müəssisələrindən 93-ü uşaq idman-şahmat məktəbi, 86-sı isə uşaq-gənclər inkişaf mərkəzidir.
Uşaq idman-şahmat məktəblərində 5474, uşaq-gənclər inkişaf mərkəzlərində isə 4526 dərnək təşkil edilib.
İlin əvvəlinə dair göstəricilərə görə, 65 683 şagird uşaq idman-şahmat məktəblərində, 60 977 şagird isə uşaq-gənclər inkişaf mərkəzlərində fəaliyyətlərə cəlb olunub.



