Təbiət elmlərinə yanaşmamız dəyişməlidir – Emin Əmrullayev

8 Sentyabr, 2026 - 12:21
Təbiət elmlərinə yanaşmamız dəyişməlidir

"Təbiət elmləri üzrə məktəblərdə yanaşmalarımızın dəyişməsinə ehtiyac var".

“Azərbaycan müəllimi əbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev PISA 2025- Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramının nəticələrinin təqdimatı zamanı deyib.

Nazir bildirib ki, Bakı şəhərinin təbiət elmləri üzrə nəticələri 2018-ci illə müqayisədə yaxşılaşıb:

"Bununla belə, Azərbaycanın göstəriciləri inkişaf etmiş ölkələrlə müqayisədə hələ də geri qalır. Təbiət  elmləri üzrə nəticələrin yaxşılaşdırılması üçün məktəblərdə bu fənlərin tədrisinə yanaşmanın dəyişdirilməsi vacibdir. Məktəbdə təbiət elmləri ilə bağlı yanaşmalarımızın dəyişməsinə ehtiyac var". 

Nazir qeyd edib ki, nəticələrin yaxşılaşdırılması yalnız fənlərin tədrisi ilə məhdudlaşmamalı, müasir yanaşmaların və yeni təlim metodlarının tətbiqi də diqqətdə saxlanılmalıdır:
"Bakı şəhərinin nəticəsinin irəliləyiş göstəricisinə görə ikinci yerdə olması əladır. Düşünürəm ki, bu, öz-özlüyündə yaxşı göstəricidir, dinamika yaxşıdır. PISA nəticələrində davamlı artımın təmin olunması əsas hədəflərdən biri olmalıdır. Hər qiymətləndirmə dövründə 10-20 ballıq artım əldə etmək əhəmiyyətli nəticə hesab oluna bilər. Bizim üçün əsas məsələ fənlər üzrə 10 bal, 20 bal və daha yuxarı artımlarla bir pillə davamlı olaraq qalxmaqdır. Məsələn, növbəti PISA-da 450-460 bala qalxa bilsək, yaxud Azərbaycan üzrə 400-dən 420 bala yüksələ bilsək, bu, çox əla nəticə olar”.