“Məktəbli Qızlar” turnirinə yekun vurulub
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının birgə əməkdaşlığı, UEFA-nın dəstəyi ilə təşkil olunan “Məktəbli Qızlar” turniri başa çatıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, 2016–2018-ci il təvəllüdlü qızlar üçün nəzərdə tutulmuş pilot layihədə 300-ə yaxın məktəbli qız iştirak edib. Layihə cari mövsümdə Bakı şəhəri üzrə seçilmiş 20 məktəbdə, həmçinin Lənkəran regionu üzrə 10 məktəbdə həyata keçirilib.
Turnirin təşkilində əsas məqsəd qızlar arasında erkən yaşlardan futbola marağın artırılması, gələcəkdə aşağı yaş qrupu üzrə milli komandalara yeni futbolçuların cəlb olunması, eləcə də növbəti mövsümdə AFFA U-10 Qızlar Liqasının yaradılmasına hazırlıqdan ibarətdir.



