Məktəblilər üçün ödənişsiz universitet hazırlığına qeydiyyat başlayır

8 İyun, 2026 - 16:43
Məktəblilər üçün ödənişsiz universitet hazırlığına qeydiyyat başlayır

Sosial cəhətdən həssas ailələrdən olan gənclərin ali təhsil almasına dəstək məqsədi daşıyan "Gələcəyini qur!" layihəsi yeni tədris ili üçün qeydiyyata başlayıb. 

"Azərbaycan müəllimi" xəbər verir ki, uğur qazanan namizədlər layihə çərçivəsində 1 il müddətində tam ödənişsiz əsaslarla hazırlıq kurslarında iştirak etmək imkanı əldə edəcəklər.

Layihə iştirakçıları 1 illik proqram ərzində genişmiqyaslı dəstəklə təmin olunurlar:

Ekspertlər tərəfindən aparılan fənn hazırlıqları;
Bilik səviyyəsini yoxlayan mütəmadi sınaq imtahanları;
Professional psixoloq dəstəyi və motivasiya mühiti;
Düzgün karyera qurmaq üçün ixtisas seçimi xidməti;
Fərdi və intellektual inkişafetdirici fəaliyyətlər.

Proqrama qəbul prosesində namizədlərin statusu və motivasiyası əsas götürülür:

Bakı şəhərində yaşamaq;
Sosial cəhətdən həssas ailə qrupuna aid olmaq;
Hazırda 10-cu sinifdə oxumaq (2026–2027 tədris ilində 11-ci sinfə keçənlər);
Yüksək öyrənmə və tələbə adını qazanmaq həvəsinə sahib olmaq.

Proqramda iştirak etmək istəyən gənclər 10 iyun tarixinədək onlayn qeydiyyat formasını doldurmalıdırlar.

Qəbul prosesi və şərtlər barədə əlavə sualları olan şəxslər layihənin rəsmi əlaqə nömrəsi olan +994 55 382 37 31 vasitəsilə məlumat ala bilərlər.