Məleykə Abbaszadə: Psixometriya ilə məşğul olanların sayı azdır
Azərbaycanda psixometriya sahəsi ilə məşğul olanların sayı azdır.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə "Tapşırıq halqaları modeli: metodologiya və tətbiq imkanları" kitabının təqdimat mərasimində deyib.
O bildirib ki, test yaratmaq heç də asan iş deyil:
"Testin yaradılması mürəkkəb elmi işdir. Bu sahə psixometriyaya aiddir. Azərbaycanda bu sahənin mütəxəssisi olduqca azdır. 10 milyon əhalisi olan Azərbaycanda nə qədər məktəb və universitet var. Bu səbəbdən rəqəm olduqca aşağıdır".
M.Abbaszadə əlavə edib ki, testləri formalaşması, yoxlanılması, qiymətləndirilməsi üçün kifayət qədər professional mütəxəssislər lazımdır.



