Məzunların biliyi ölkəmizin inkişafına yönəldilməlidir - İdris İsayev

12 İyun, 2026 - 18:03
Məzunların biliyi ölkəmizin inkişafına yönəldilməlidir - İdris İsayev

“Bütün bu tədbirlərin əsas məqsədi bilikli, bacarıqlı gənclərin yetişməsidir. Həqiqətən də bu bizə, ölkəmizə lazımdır. Çünki bu bilik və bacarıqlar əldə edilərək ölkəmizin inkişafına yönəldilməlidir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini İdris İsayev BDU-nun "Məzun günü"ndə səsləndirib.

Nazir müavini gənclərimizin əldə etdikləri bilik və bacarıqları ölkəmizin tərəqqisinə sərf edəcəklərinə və Azərbaycanın adına hər zaman uğurlar qazandıracaqlarına inandığını bildirib.

O qeyd edib ki, hər bir ali təhsil müəssisəsinin tarixi həmin təhsil müəssisəsində təhsil alan tələbələrlə, məzunlarla ölçülür: “Və bu mənada Bakı Dövlət Universitetində minlərlə ziyalı yetişib. Bu insanlar ali təhsil müəssisəsinin və dövlətin inkişafında, ölkəmizin inkişafında xüsusi əmək sərf edib. Həm ölkəmizin ictimai həyatında, dövlət həyatında, siyasi həyatında Bakı Dövlət Universitetinin məzunlarının xüsusi rolu var”.

Nazir müavini bildirib ki, müəllimlik müqəddəs peşədir: “Bakı Dövlət Universitetinin professor-müəllim heyətinə təşəkkürümü bildirmək istəyirəm. Onların məzunların formalaşmasında, inkişafında əməyi böyükdür.

Onlar tələbələrə yalnız bilik öyrətmirlər. Onlara həyatda yaşamağı, həyatda hədəfləri müəyyən etməyi öyrədirlər”.