Mil-Muğan regionu üzrə məktəblərin davamiyyətində ciddi azalma yoxdur - Rəsmi 

24 Fevral, 2025 - 16:51
Mil-Muğan regionu üzrə məktəblərin davamiyyətində ciddi azalma yoxdur - Rəsmi 
Mil-Muğan regionu üzrə məktəblərin davamiyyətində ciddi azalma yoxdur - Rəsmi 

Ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil məktəblərinin davamiyyətində əvvəlki günlərlə müqayisədə ciddi azalma yoxdur.

Bu barədə "Azərbaycan müəllimi"nə Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, məktəblərdə təlim-tədris prosesi ənənəvi qaydada davam edir: 

“Müşahidə edilən qeyri-sabit hava şəraiti ilə xüsusilə azyaşlı məktəblilərin valideynlərini diqqətli olmağa, dərsə gedən övladlarını nəzarətdə saxlamağa çağırırıq və valideynlərdən müvafiq təhlükəsizlik tədbirlərinə riayət etmələrini xahiş edirik”.