Milli Konservatoriyada da dərslər hibrid formada təşkil olunacaq

23 Fevral, 2025 - 23:49
Milli Konservatoriyada da dərslər hibrid formada təşkil olunacaq
Milli Konservatoriyada da dərslər hibrid formada təşkil olunacaq

Hava şəraiti nəzərə alınaraq, Azərbaycan Milli Konservatoriyasında tədrisin fasiləsizliyini təmin etmək məqsədilə 24 fevral 2025-ci il tarixində dərs prosesi hibrid formada həyata keçiriləcək. 

Bu barədə "Azərbaycan müəllimi"nə Azərbaycan Milli Konservatoriyasından məlumat verilib.

Bildirilib ki, qrup dərsləri onlayn formatda "Microsoft Teams" platforması üzərindən təşkil olunacaq. İndividual dərslər isə yalnız mümkün olduğu halda ənənəvi qaydada keçiriləcək.