MİQ imtahanlarının ilk günündə davamiyyət 95% olub - Rəsmi

14 İyul, 2026 - 16:51
MİQ imtahanlarının ilk günündə davamiyyət 95% olub

Bu gündən etibarən 2026–2027-ci tədris ili üçün müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsinə başlanılıb.

Bu barədə MÜTDA-dan "Azərbaycan müəllimi"nə məlumat verilib.

Bildirilib ki, test imtahanları 14–18 iyul tarixlərində ölkənin 19 şəhərində yerləşən 38 imtahan mərkəzində təşkil olunur.

Test imtahanı mərhələsinin ilk günündə 8024 namizəd dəvət olunub. Ümumilikdə 95% davamiyyət qeydə alınıb.

Qeyd edək ki, bu gün təşkil olunan nüəllimlərin işə qəbulu prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna 15 iyul saat 12:00-dan etibarən başlanılacaq. Müraciətlər 48 saat (2 gün) ərzində qəbul olunacaq. Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.

MİQ imtahanlarının ilk günündə davamiyyət 95% olub
MİQ imtahanlarının ilk günündə davamiyyət 95% olub