MİQ-də iştirak üçün ödənişin məbləği təsdiqləndi
Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak etmək üçün ödənişin məbləği təsdiq edilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, “Ümumi təhsil haqqında” Qanunun 27.4-cü maddəsinin üçüncü cümləsinə uyğun olaraq müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak etmək üçün ödənişin məbləği 60 manat təsdiq edilib.
Qeyd edək ki, ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər bu rüsumdan azaddırlar.
-
YusifMingəçevir23 gün əvvəlCavablaLike (0) -
YusifAğdaş23 gün əvvəlCavablaLike (0) -
AygunHec olmasa 20 manat ederdizde24 gün əvvəlCavablaLike (10)



