MRİO2026-da güləş yarışları davam edir
Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və müvafiq idman federasiyalarının dəstəyi ilə keçirilən Məktəblilərin Respublika İdman Olimpiadasının (MRİO2026) ikinci gününə start verilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, olimpiada çərçivəsində keçirilən güləş yarışları Azərbaycan Texniki Universitetinin idman zalında davam edir.
Yarışlarda respublikanın müxtəlif şəhər və rayonlarını təmsil edən məktəbli idmançılar mübarizə aparırlar. İkinci yarış günündə 41 kiloqram çəki dərəcəsində 44, 48 kiloqramda 43, 57 kiloqramda 37, 68 kiloqramda 32, 85 kiloqramda isə 22 məktəbli güləşçi qüvvəsini sınayır. Beləliklə, gün ərzində ümumilikdə 178 idmançı yarışlarda iştirak edir.
Qeyd edək ki, güləş yarışlarına iyunun 21-də start verilib. Keçirilən qarşılaşmalarda məktəblilər qalib adı uğrunda mübarizə apararaq öz bacarıqlarını nümayiş etdirirlər.




