Müəllimlər üçün yeni layihəyə start verilir
Müəllimlər üçün peşəkar inkişaf proqramına start verilir.
"Azərbaycan müəllimi" xəbər verir ki, Elm və Təhsil Nazirliyinin dəstəyi və “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) tərəfdaşlığı ilə həyata keçirilən “Öyrənmək üçün oyna” layihəsi oyun əsaslı öyrənmə ("gamification") metodları vasitəsilə müəllimlərin peşəkar bacarıqlarının gücləndirilməsini, şagirdlərin oxuyub-anlama bacarıqlarının və dərsə marağının artırılmasını hədəfləyir. Layihə nəzəri yanaşmalarla yanaşı, sinifdə birbaşa tətbiq edilə bilən praktik həllərə fokuslanır.
Layihə çərçivəsində:
- Qiymətləndirmə bacarıqlarının inkişafı;
- Onlayn təlimlər, ekspertlərlə görüşlər;
- Oyun əsaslı öyrənmə üzrə 5 günlük intensiv təlim-düşərgə;
-Təlimdən sonra müəllimlərin öz məktəblərində praktiki tətbiq mərhələsi;
- Qeyri-formal təhsil metodları ilə təmin olunma;
- Şagirdlərin asudə vaxtının səmərəli təşkili üzrə üsulları mənimsəmə;
- Mentor dəstəyi, metodiki materiallar və təcrübə mübadiləsi imkanları təqdim olunur.
Kimlər üçün nəzərdə tutulub?
-25–35 yaş arası orta məktəb müəllimlər,
-Öyrəndiklərini real sinif mühitində tətbiq etməyə və tədrisdə yeniliklərə açıq olan şəxslər.
-Azərbaycan dili və ədəbiyyat, ingilis dili, tarix müəllimləri (6-8- ci sinif müəllimləri)
Son qeydiyyat tarixi: 18 fevral, 23:00
Məkan: Bakı/ regionlar
Layihə müddəti: yanvar – sentyabr 2026
Qeydiyyat prosesinə başlamazdan öncə xahiş edirik linkdə yerləşdirilmiş layihə haqqında məlumatla tanış olasınız.
Qeydiyyat linki: https://forms.gle/YKwXeQcCz1JCo66D6



