Eşqi Bağırov: Çantaların yoxlanılması problemləri tam aradan qaldırmayacaq
“Məktəblərdə son zamanlardan baş verən xoşagəlməz hadisələr təkcə şagird çantalarında gətirilən əşyalarla bağlı deyil”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün təşkil olunan brifinqdə deyib.
O qeyd edib ki, şagirdlərin çantalarının yoxlanılması bu problemləri tamamilə aradan qaldırmayacaq:
“Məktəblərdəki problemləri aradan qaldırmaq üçün agentliyin üzərinə düşən məktəb kollektivini təlimatlandırmaq və lazımi öhdəliklərini onlara çatdırmaqdır: “Həmçinin məktəb psixoloqları, müəllimlər bu istiqamətdə öhdələrinə düşən vəzifələri icra etməlidirlər”.



