Naxçıvan məktəbləri arasında “Yaşıl texnologiyalar” müsabiqəsi keçiriləcək
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə yanvarın 24-də muxtar respublikanın ümumtəhsil müəssisələri arasında “Yaşıl texnologiyalar” müsabiqəsi keçiriləcək.
Bu barədə "Azərbaycan müəllimi"nə nazirlikdən məlumat verilib.
Müsabiqənin məqsədi ekoloji problemlərin mahiyyətini və ətraf mühitin qorunmasının vacibliyini şagirdlərə aşılamaq, onlarda ekoloji şüur və məsuliyyət hissini inkişaf etdirməkdir.
Müsabiqədə 60 komanda olmaqla, 200-ə yaxın komanda üzvü iştirak edəcək. Tədbirdə qiymətləndirilməni STEAM Təlim-Tədris Mərkəzinin təlimçiləri həyata keçirəcək. Qalib komandalar mükafatlandırılacaq.



