Naxçıvanda "COP29" və "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ekodüşərgə təşkil olunacaq

11 Oktyabr, 2024 - 12:31

Naxçıvan Muxtar Respublikasının Təhsil, Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə "COP29" və "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında könüllülər və şagirdlər üçün ekodüşərgə təşkil olunacaq.

Bu barədə “Azərbaycan müəllimi”nə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ekodüşərgə oktyabrın 15-də təşkil ediləcək. Düşərgə çərçivəsində əyləncəli idman oyunları, təlimlər, haykinq, intellektual və təmizlik aksiyasının keçirilməsi nəzərdə tutulur.