Naxçıvanın 2 şagirdi buraxılış imtahanında 300 bal topladı

17 Aprel, 2025 - 17:24

Dövlət İmtahan Mərkəzi tərəfindən XI siniflər üçün martın 9-da keçirilən buraxılış imtahanında maksimum bal toplayan şagirdlərdən ikisi Naxçıvan Muxtar Respublikasının məktəbliləridir.

Naxçıvan MR Təhsil Nazirliyindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbin şagirdi Heydərov İbrahim Xəyal oğlu və Şahbuz rayon Badamlı qəsəbə tam orta məktəbin şagirdi İsmayılova Səma Firəddin qızı imtahanda 300 bal toplamaqla ən yüksək nəticəni göstəriblər.