Nazir: Beynəlxalq təhsil qrantı proqramları ən mühüm mexanizmlərimizdəndir

10 Sentyabr, 2026 - 11:12
Nazir: Beynəlxalq təhsil qrantı proqramları ən mühüm mexanizmlərimizdəndir

"Təhsilə qoyulan investisiyanın faydaları yalnız təhsil sistemi ilə məhdudlaşmır".

"Azərbaycan müəllimi" APA-ya istinadla xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Beynəlxalq İnkişafa Yardım Agentliyinin təsis edilməsinin 15-ci ildönümünə həsr olunmuş “Humanitar dəstək və inkişaf üçün əməkdaşlıq vasitəsilə qlobal həmrəyliyin təşviqi” mövzusunda konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan təhsili beynəlxalq əməkdaşlığın mühüm tərkib hissəsi hesab edir və bu yanaşmanı tərəfdaş ölkələrdən olan gənclər üçün konkret imkanlara çevirməyə ardıcıl şəkildə çalışır.

“Bu baxımdan ən mühüm mexanizmlərdən biri beynəlxalq təhsil qrantı proqramlarımızdır.

2018–2023-cü tədris illəri ərzində İslam Əməkdaşlıq Təşkilatına və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün nəzərdə tutulmuş xüsusi təhsil qrantı proqramları 200-ə yaxın əcnəbi tələbəyə Azərbaycanda ali təhsil almaq imkanı yaradıb”, - deyə nazir qeyd edib.