Nazir: Elmi kadr hazırlığı yeni layihə əsasında həyata keçiriləcək
“Qarabağ Universiteti Azərbaycanın intellektual suverenliyinin bərpasını simvolizə edir”.
“Azərbaycan müəllimi”nin məlumatına görə, elm və təhsil naziri Emin Əmrullayev bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda səsləndirib.
Nazir çıxışında hazırlanmaqda olan “Azərbaycan Respublikasının 2027–2030-cu illər üzrə sosial-iqtisadi inkişaf strategiyası” sənədində elm ilə bağlı yer alan məqamlara da toxunub.
Nazirin sözlərinə görə, elmi kadr hazırlığının müasir tələblərə uyğun təşkili yeni layihə əsasında həyata keçiriləcək.
Strategiyada həmçinin alimlərin elmmetrik bazalara çıxış imkanlarının genişləndirilməsi, elmin rəqəmsallaşdırılması və süni intellektin tətbiqi nəzərdə tutulur.



