Nazir kimya müəllimlərinin narazılıqlarına münasibət bildirib

10 İyul, 2025 - 11:44
Nazir kimya müəllimlərinin narazılıqlarına münasibət bildirib
Nazir kimya müəllimlərinin narazılıqlarına münasibət bildirib

Elm və təhsil naziri Emin Əmrullayev sertifikatlaşdırılma imtahanında iştirak edən kimya müəllimlərinin narazılıqlarına münasibət bildirib.

“Azərbaycan müəllimi” xəbər verir ki, nazir Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim–keyfiyyətli təhsil" adlı tədbirdə çıxışı zamanı hər imtahandan sonra testlərin təhlil edildiyini söyləyib. 

“Bəzən təhsilə aidiyyəti olmayan insanlar proseslə bağlı etirazlarını bildirirlər. İstənilən işdə nöqsanın olması mümkündür, bizim də nöqsanlarımız ola bilər. Bunu müzakirə edə bilərik. Lakin 20 min müəllimi sertifikatlaşma etmişik, onların 5-i imtahana telefon keçirmək istəyib. Biz telefonu alıb onları imtahandan kənarlaşdırmışıq. Bu o demək deyil ki, sertifikatlaşdırma prosesi düzgün keçirilməyib. Kimya fənninə gəlincə, 350 nəfər yüksək bal toplayıb”.