Nazir müavini Azərbaycan və Rusiya hökumətlərarası Dövlət Komissiyasının iclasında iştirak edib

25 Avqust, 2025 - 12:07

Avqustun 22-də Rusiya Federasiyasının Həştərxan şəhərində keçirilmiş Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının 23-cü iclasında elm və təhsil nazirinin müavini Həsən Həsənli iştirak edib.

Elm və Təhsil Nazirliyindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilmiş Hökumətlərarası Komissiyanın iclasında ilk öncə həmsədrlər - Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk çıxış ediblər.

İclasda çıxış edən nazir müavini Həsən Həsənli iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti barədə iclas iştirakçılarını məlumatlandırıb. Nazir müavini Rusiya Federasiyasında təhsil alan Azərbaycanlı tələbələrin əhəmiyyətli sayını vurğulayaraq Dövlət Proqramları və ikili diplom proqramlarının ölkələr arasında təhsil sahəsində əməkdaşlığın inkişafına verdiyi töhfəni xüsusilə qeyd edib. Həsən Həsənli çıxışında qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi, birgə təhsil layihələrinin dəstəklənməsi və ali təhsil müəssisələri arasında akademik əlaqələrin dərinləşdirilməsi istiqamətində görülmüş işlərdən də bəhs edib. 

Komissiyanın iclası çərçivəsində eləcə də iqtisadi-ticari, energetika, kənd təsərrüfatı, rəqəmsal texnologiyalar və innovasiya, mədəniyyət və digər sahələrdə əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında müzakirələr aparılıb. 

Yekunda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının 23-cü iclasının yekunlarına dair Protokol imzalanıb.Avqustun 22-də Rusiya Federasiyasının Həştərxan şəhərində keçirilmiş Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının 23-cü iclasında elm və təhsil nazirinin müavini Həsən Həsənli iştirak edib.

Hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilmiş Hökumətlərarası Komissiyanın iclasında ilk öncə həmsədrlər - Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk çıxış ediblər.

İclasda çıxış edən nazir müavini Həsən Həsənli iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti barədə iclas iştirakçılarını məlumatlandırıb. Nazir müavini Rusiya Federasiyasında təhsil alan Azərbaycanlı tələbələrin əhəmiyyətli sayını vurğulayaraq Dövlət Proqramları və ikili diplom proqramlarının ölkələr arasında təhsil sahəsində əməkdaşlığın inkişafına verdiyi töhfəni xüsusilə qeyd edib. Həsən Həsənli çıxışında qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi, birgə təhsil layihələrinin dəstəklənməsi və ali təhsil müəssisələri arasında akademik əlaqələrin dərinləşdirilməsi istiqamətində görülmüş işlərdən də bəhs edib. 

Komissiyanın iclası çərçivəsində eləcə də iqtisadi-ticari, energetika, kənd təsərrüfatı, rəqəmsal texnologiyalar və innovasiya, mədəniyyət və digər sahələrdə əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında müzakirələr aparılıb. 
 
Yekunda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının 23-cü iclasının yekunlarına dair Protokol imzalanıb.