Nazirlik: 2017-ci ilədək adları “Qızıl kitaba” düşən gənclərə müvafiq ödənişlər veriləcək
Prezident İlham Əliyevin martın 4-də “Gənc istedadlara xüsusi təqaüdlərin verilməsi haqqında” imzaladığı Sərəncamına uyğun olaraq, 2017-ci ilədək adları “Qızıl kitaba” düşən gənclərə müvafiq ödənişlərin verilməsi nəzərdə tutulur. Ödənişin məbləği aylıq 400 manatdır. Hazırda bu siyahıda 16 nəfər gənc istedad var və onlar 25 yaşınadək həmin təqaüdləri alırlar.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə AZƏRTAC-a açıqlamasında Mədəniyyət Nazirliyinin elm və təhsil sektorunun müdiri Muraz Məmmədov bildirib.
“Gənc istedadların adlarının “Qızıl kitaba” yazılması ilə bağlı sonuncu müsabiqə 2017-ci ildə keçirilib. Cari ilin iş planında yenidən bu müsabiqənin keçirilməsi planlaşdırılıb”,- deyə o qeyd edib.



