Bütün xəbərlər
9 mart, 09:37

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Bakı şəhərinin Qaradağ, Binəqədi, Xətai, Suraxanı, Pirallahı, Yasamal, Abşeron (II hissə), Sumqayıt (II hissə), Naxçıvan MR, Gəncə (II hissə), Mingəçevir, Samux,Göygöl, Daşkəsən, Ağstafa, Qazax, Tovuz, Sabirabad, Saatlı, İmişli, Biləsuvar, Ucar, İsmayıllı, Ağsu, Zərdab, Masallı, Astara, Lerik, Ağcabədi, Beyləqan,Füzuli, Qax, Balakən, Zaqatala, Quba, Xızı, Qusar, Zəngilan (Ağalı kənd tam orta məktəbi), Cəbrayılda (M.Mehdizadə adına məktəb) tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilir. 

“Azərbaycan müəllimi” DİM-ə istinadən xəbər verir ki, bu gün Bakı şəhəri üzrə xüsusi məktəblərin (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər), tədrisi gürcü dilində olan məktəblərin, H.Əliyev və C.Naxçıvanski adına hərbi liseylərinin şagirdləri də imtahan verirlər.

Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 255 imtahan binası, 4430 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 255 ümumi imtahan rəhbəri, 721 imtahan rəhbəri, 5523 nəzarətçi, 773 buraxılışı rejimi əməkdaşı (mühafizə), 255 bina nümayəndəsi ayrılıb.

İmtahanda 58732 şagirdin iştirakı nəzərdə tutulur.

İmtahanda 70 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

Şərhlər

Xəbər lenti

22 iyun, 08:30

Bu gün doktorantura səviyyəsində xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanı keçirilir

21 iyun, 22:25

Azərbaycanda ali məktəb məzunlarının sayı artıb

21 iyun, 22:00

Azərbaycanda ən çox hansı ölkələrin tələbələri oxuyur? 

21 iyun, 21:41

Azərbaycanın orta məktəblərində 146 mindən çox müəllim çalışıb

21 iyun, 20:40

Kollec təhsili alanların sayı artıb 

21 iyun, 18:09

Şuşada çalışmaq şansımı itirsəydim, bunu özümə bağışlamayacaqdım – Azad edilmiş ərazilərdə dərs keçən müəllimlər

21 iyun, 18:00

“Qərbi Azərbaycan: tarixi, mədəniyyəti və böyük qayıdış” – Naxçıvanda respublika elmi konfransı

21 iyun, 17:40

Toylarından 5 gün sonra imtahan verib uğur qazandılar

21 iyun, 17:30

ADNSU-nun rektoru Yay məktəbinin tələbələri ilə görüşüb

21 iyun, 16:37

Nazir müavini 6-cı Beynəlxalq Təhsil Texnologiyaları Sammiti çərçivəsində görüşlər keçirib

21 iyun, 16:26

Sertifikatlaşdırma müəllimlərə maddi dəstəkdir – İmtahandan uğurla keçənlər danışırlar

21 iyun, 16:18

DMA və MÜTDA nümayəndələri arasında görüş keçirilib

21 iyun, 16:01

Kənan Kərimzadə 6-cı Beynəlxalq Təhsil Texnologiyaları Sammitində çıxış edib

21 iyun, 15:56

Dövlət Agentliyi valideynlərə və məktəblərə təşəkkür etdi

21 iyun, 15:16

Məktəbəhazırlıq qruplarına qəbul zamanı prioritet tətbiq olunan məktəblər - SİYAHI

21 iyun, 14:56

Qabiliyyət imtahanlarına start verilib

21 iyun, 14:24

Gənc ailənin sertifikasiya uğuru

21 iyun, 14:09

NDU Macarıstan universiteti ilə ikili diplom proqramına başlayıb

21 iyun, 14:05

Stereotipləri aşan futbolçu qız: Mövsümün ən çox qol vuran oyunçusu

21 iyun, 12:38

Cəlilabadın güləşçi məktəblisi gümüş medal qazandı

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.