
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (ETİHİ RK) özəl təhsil müəssisələri ilə əməkdaşlığı genişləndirməyə davam edir.
Elm və Təhsil İşçilərinin Həmkarlar İttifaqından “Azərbaycan müəllimi”nə verilən məlumata görə “Körpə Ulduz”, “Peter Pan”, “Bir İnci”, “İndigo”, “Kangaroo” və “Yuvam” adları altında fəaliyyət göstərən “Bağçam” Uşaq Bağçaları Şəbəkəsinin 14 filial üzrə 200 nəfər əməkdaşı ETİHİ-yə qoşulmaq qərarını dəstəkləyib.
Yeni əməkdaşlığın qurulması münasibətilə Quba rayonunun Qırız-Dəhnə kəndində yerləşən “Nazlı bulaq” İstirahət Mərkəzində görüş keçirilib.
Görüşdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə təqdimatla çıxış edərək həmkarlar ittifaqının fəaliyyət istiqamətləri və strateji hədəfləri barədə danışıb.
Şəbəkənin təsisçisi Rasif Dünyamalıyev söyləyib ki, son bir ildə ETİHİ-nin fəaliyyətini izləyərək, xüsusilə pedaqoji heyətin hüquqlarının müdafiəsinə yönəlmiş addımları nəzərə alaraq quruma könüllü şəkildə üzv olmaq qərarına gəliblər.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Komitəsinin sədri Sübut Əsədov təşəbbüsü yüksək qiymətləndirib və kollektivə təşəkkürünü bildirib.
1 /4
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər