Bütün xəbərlər
19 mart, 12:55

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin və Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Cəbrayıl şəhəri Mehdi Mehdizadə adına tam orta ümumtəhsil məktəbində Novruz bayramı ilə əlaqədar təntənəli tədbir keçirilib.

“Azərbaycan müəllimi” AZƏRTAC-a istinadən xəbər verir ki, bayram tədbirində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin və Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin əməkdaşları, müəllimlər, şagirdlər, valideynlər iştirak ediblər.

Bayram mərasimində adət-ənənələrimizin nümayiş olunduğu guşə yaradılıb, həmçinin Novruz bayramının rəmzi olan səməni, müxtəlif şirniyyat və mətbəx nümunələri süfrələri bəzəyib. Məktəbin şagirdləri baharın gəlişinin müjdəçisi olan Novruz bayramına aid şeirlər səsləndirib, mahnılar ifa edib, maraqlı səhnəciklər göstəriblər. Şagirdlərin ifasında rəqslər, xalq oyunları, Keçəl və Kosanın məzəli əhvalatları bayram şənliyinə xüsusi gözəllik qatıb.

Sonda məktəbin həyətində bayram tonqalı qalanıb, qonaqlar, müəllimlər və şagirdlər "Cəngi" sədaları altında rəqs ediblər.

1 /10

Şərhlər

Xəbər lenti

19 mart, 14:54

Beynəlxalq Təhsil İcmalı – Mart 2025

19 mart, 14:43

TİF ilə “Bakcell” arasında əməkdaşlıq müqaviləsi imzalanıb

19 mart, 14:38

Nilüfər Rəhimova: Hakaton şagirdlərin əmək bazarının tələblərinə uyğunlaşmasına şərait yaradır – MÜSAHİBƏ

19 mart, 14:22

Azərbaycanda "2025-2028-ci illər üçün süni intellekt Strategiyası" təsdiqlənib

19 mart, 14:19

Süni İntellekt Akademiyası yaradılacaq – SƏRƏNCAM

19 mart, 12:51

İlin ilk Günəş tutulması baş verəcək

19 mart, 12:42

Peşə təhsili müəssisələrində 200 təhsilverən üçün təlim keçirilib

19 mart, 11:42

Məktəbəhazırlıq qrupları üzrə şagird yerdəyişməsi dayandırılır

19 mart, 11:38

Fidan Nəcəfova: Rəqəmsallaşma müəllimlərin iş yükünü azaldacaq – MÜSAHİBƏ

19 mart, 11:15

Naxçıvanda sertifikatlaşdırmada iştirak edəcək təhsilverənlərlə görüş keçirilib

19 mart, 10:55

Paytaxt məktəblilərindən maraqlı Novruz tamaşası 

19 mart, 10:48

AMEA-nın 80 illiyi qeyd ediləcək –  SƏRƏNCAM

19 mart, 10:41

Latviyada təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

19 mart, 10:40

Prezident və birinci xanım Ağdərədə sakinlərlə birlikdə Novruz tonqalını alovlandırıblar

19 mart, 10:35

ADPU-nun Şəki filialında “Konstitusiya və suverenlik ili”nə həsr olunmuş elmi konfrans keçirilib

19 mart, 10:06

Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

19 mart, 10:02

Məktəblilər şəkərli diabet xəstələri üçün təbii dərman hazırlayıblar

19 mart, 10:00

Nağıl qəhrəmanlarına çevrilən şəhid övladları insanlara çağırış etdilər

19 mart, 09:50

BDU-da yeni təhsil proqramlarının hazırlanması ilə bağlı iclas keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.