Bütün xəbərlər
19 mart, 14:38

Elm və Təhsil Nazirliyinin dəstəyi, “Rəqəmsal bacarıqlar” layihəsinin təşkilatçılığı ilə keçirilən “Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsi kodlaşdırma və süni intellekt sahəsində biliklərini sınamaq, oyun dizaynı istiqamətində bacarıqlarını nümayiş etdirmək istəyən məktəblilər üçün mükəmməl fürsət yaradır. 

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun müdiri Nilüfər Rəhimova “Azərbaycan müəllimi”nə müsahibəsində müsabiqənin şagirdlər üçün yaratdığı imkanlardan ətraflı bəhs edib:

– “Məktəblilərarası Milli Hakaton – 2025” müsabiqəsinin keçirilməsinin əsas məqsədi nədir?

– Ölkəmizin sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq, təhsil sahəsində yeni və innovativ layihələr uğurla icra edilir. Bu istiqamətdə təhsilalanların rəqəmsal bacarıqlarının inkişafına xüsusi diqqət yetirilir. Proqramlaşdırma sahəsində biliklərinin artırılması, innovativ təhsil yanaşmalarının təşviqi və istedadlı gənclərin aşkara çıxarılması məqsədilə Elm və Təhsil Nazirliyi 2025-ci ildə “Məktəblilərarası Milli Hakaton – 2025” müsabiqəsini elan edib. Hakaton innovativ və rəqəmsal bacarıqlar üzrə təhsilin keyfiyyətinin və əlçatanlılığının artırılmasına, o cümlədən texniki, texnoloji və innovasiya yönümlü peşələrə şagirdlərin maraq və meyillərinin yüksəldilməsinə, bu sahədə həyata keçirilən tədbirlərin əhatə dairəsinin daha da genişləndirilməsinə əlverişli şərait yaradacaq.

– Hakatonu digər oxşar yarışlardan nə  fərqləndirir?

– “Məktəblilərarası Milli Hakaton – 2025” müsabiqəsi ilk dəfə olaraq ölkə üzrə vahid konsepsiya çərçivəsində təşkil olunmuş, geniş coğrafiyanı əhatə edən, inklüziv iştirak imkanı yaradan layihədir. Hakaton çərçivəsində ən vacib yeniliklərdən biri  ölkə üzrə ümumilikdə 147 Hakaton mərkəzinin yaradılmasıdır. Bu mərkəzlərin yaradılması ilə texniki və internet resurslarına çıxış imkanı məhdud olan şagirdlər də müsabiqədə rahat iştirak edə bilirlər. 

– Hakatonda kimlər iştirak edə bilərlər?

– Müsabiqədə Azərbaycanın ümumi təhsil müəssisələrində təhsil alan 5-11-ci sinif  şagirdləri iştirak edə bilərlər. Qeydiyyat prosesi codehour.edu.az veb-səhifəsi üzərindən onlayn şəkildə həyata keçirilir. Qeyd edək ki, statistik göstəricilərə əsasən, bu il  300 minə yaxın şagird Hakatona qoşulub.

– İştirakçılar Hakatonda hansı imkanlardan yararlanacaqlar? Hansı yeni bilik və bacarıqları inkişaf etdirmək imkanı əldə edəcəklər?

– İştirakçılar proqramlaşdırma üzrə test tapşırıqları, komanda işi və layihə hazırlığı kimi yaradıcı fəaliyyətlərdə öz bilik və bacarıqlarını nümayiş etdirəcəklər. Hakaton müddətində onlar real problemlərin həlli üçün innovativ yanaşmalar irəli sürəcək, texniki tapşırıqları icra edəcək və rəqəmsal məhsullar hazırlayacaqlar. İnnovativ texnologiyalara marağı olan məktəblilərin ölkə səviyyəsində şəbəkələşməsi məqsədilə Hakaton çərçivəsində 5-11-ci sinif şagirdlərinə bir neçə dəfə müxtəlif maarifləndirici fəaliyyətlərdə iştirak etmək imkanı verilir. Platformada fəaliyyətlər üzrə müvafiq bölmələri uğurla tamamlayan şagirdlərə onlayn sertifikat təqdim olunur.

Hakatonun əyani mərhələlərində ölkənin müxtəlif regionlarında olimpiadalar təşkil olunacaq və bu mərhələlərdə iştirakçılar üçün komanda şəklində layihələrin hazırlanmasında dəstək məqsədilə mentorlar təyin ediləcək. 

– Bu imkan məktəblilərin gələcək karyera seçiminə necə təsir edəcək?

– Müsabiqə məktəblilərdə erkən yaşlardan innovativ düşüncə və rəqəmsal bacarıqlar formalaşdırır. Bu onların gələcəkdə İT, proqramlaşdırma, süni intellekt və digər qabaqcıl texnologiya sahələrində peşəkar istiqamət seçiminə müsbət təsir göstərəcək. Hakatonda iştirak təhsilalanların layihə hazırlanması, komanda işi və problem həlletmə bacarıqlarını inkişaf etdirir ki, bu da əmək bazarının müasir tələblərinə uyğunlaşmalarına şərait yaradır.

– Hakaton bir neçə mərhələdən ibarətdir. Hər bir mərhələdə iştirakçılara hansı istiqamətlər üzrə tapşırıqlar veriləcək?
– Hakaton onlayn, oflayn və üzbəüz formatda həyata keçirilir. Hakaton müvafiq siniflər üzrə bir neçə mərhələdə həyata keçirilir:


•    İlkin mərhələ – 5-11-ci sinif şagirdləri üçün qeydiyyat və onlayn seçim turu;
•    II mərhələ – İlkin mərhələdən seçilən 15 000 8-11-ci sinif şagirdi üçün əyani formada olimpiada;
•    III mərhələ – Uğurlu nəticə göstərən 2250 8-11-ci sinif şagirdi üçün əyani formada olimpiada;
•    IV mərhələ – 8-11 sinif şagirdlərindən seçilmiş 480 nəfər üçün təyin olunan şəhər və regionlar üzrə əyani formada komanda şəklində Hakaton;
•    V mərhələ – 120 nəfər 8-11-ci sinif şagirdləri üçün Bakı şəhərində keçiriləcək əyani final mərhələsi. 

– Qeydiyyat prosesindən sonrakı ilkin mərhələdə iştirakçıların seçimində hansı meyarlar əsas götürülüb? Onlara təqdim edilən testlər və ilkin tapşırıqlar hansı istiqamətləri əhatə edir?

–İlkin mərhələdə şagirdlərin proqramlaşdırma bilikləri, məntiqi düşünmə və problem həlletmə bacarıqları qiymətləndirilir. Testlər, əsasən, alqoritmlər, kodlaşdırma prinsipləri, məntiqi ardıcıllıq və analitik düşüncə istiqamətində hazırlanıb. İştirakçıların fəaliyyətləri platforma üzərindən izlənilir və nəticələrə əsasən növbəti mərhələyə keçid təmin edilir.

– İştirakçılar komanda halında yarışacaqlar. Bəs komandalar hansı meyarlar əsasında yaradılacaq?

– Komandalar ilkin mərhələlərdə fərdi iştirak zamanı göstərilən nəticələr və məktəblərin təklifləri əsasında formalaşdırılır. Əsas meyar şagirdlərin bacarıqlarının bir-birini tamamlaması və komanda daxilində funksional əmək bölgüsünün təmin olunmasıdır. Komandaların tərkibində proqramçı, dizayner və təqdimatçı kimi müxtəlif rollar nəzərdə tutulur.

– Yarışda tapşırıqların çətinlik səviyyəsi necə müəyyən edilir? Tapşırıqlar hər yaş qrupuna uyğunlaşdırılacaqmı?

– Bəli, tapşırıqlar yaş qrupları və siniflər üzrə diferensiallaşdırılıb. 5-7-ci sinif şagirdləri üçün daha sadə və əsas təməl biliklərə əsaslanan tapşırıqlar təqdim olunur, 8-11-ci siniflər üçün isə daha mürəkkəb, analitik və texniki bilik tələb edən məsələlər hazırlanıb. Komandalar final mərhələsində bərabər şərtlərlə yarışsalar da, çətinlik səviyyəsi iştirakçının bilik və bacarığına uyğun tənzimlənir.

– İştirakçılar yarışa hazırlaşmaq üçün hansı resurs və ya dəstək mexanizmlərindən faydalana bilərlər?

– İştirakçılar üçün komanda şəklində layihələrin hazırlanmasında dəstək məqsədilə mentorlar təyin ediləcək. Bu, şagirdlərin müvafiq mərhələlər üzrə uğur qazanmasına, biliklərinin zənginləşdirilməsinə və  bacarıqlarının artmasına şərait yaradacaq. Eyni zamanda, sosial şəbəkələrdə müvafiq səhifələrdə maarifləndirici vebinarların keçirilməsi nəzərdə tutulur. 

– Sizcə, Hakaton Azərbaycanda texnologiya sahəsinin inkişafına hansı töhfələri verə bilər? Rəqəmsal bacarıqların inkişafına, eyni zamanda, gələcəkdə İT və süni intellekt sahəsində kadrların yetişdirilməsinə necə təsir edəcək?

– Hakaton Azərbaycanda rəqəmsal bilik və bacarıqları olan gənc nəslin yetişməsinə mühüm töhfə verəcək. Texnologiya sahəsi isə yerli kadrların həm kəmiyyət, həm də keyfiyyət göstəricisindən asılıdır. Sahə üzrə mütəxəssislər çox olduqda onlar arasında rəqabət də yüksək olur və daha səriştəli şəxslər sistemi inkişaf etdirir. 

– Bu müsabiqənin gələcək illərdə də davam etdirilməsi planlaşdırılır? Gələcəkdə bu yarışın daha erkən yaş qruplarını və ya universitet tələbələrini də cəlb edərək əhatə dairəsinin genişləndirilməsi mümkündür?

– Bəli, layihənin davamlılığının təmin olunması və gələcək illərdə əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Eyni zamanda, mövcud Hakaton modelinin inkişaf etdirilərək müxtəlif yaş qrupları və ixtisas sahələrini əhatə edən yeni formatlar üzərində işin aparılması planlaşdırılır.

Şərhlər

Xəbər lenti

19 mart, 17:34

MİQ-də iştirak edə biləcək qeyri-pedaqoji ixtisaslar bəlli olub - SİYAHI

19 mart, 16:45

Bayramdan sonra ilk dərs gününün vaxtı açıqlanıb

19 mart, 16:41

“Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinin ilkin mərhələsinin müddəti uzadılıb

19 mart, 14:54

Beynəlxalq Təhsil İcmalı – Mart 2025

19 mart, 14:43

TİF ilə “Bakcell” arasında əməkdaşlıq müqaviləsi imzalanıb

19 mart, 14:22

Azərbaycanda "2025-2028-ci illər üçün süni intellekt Strategiyası" təsdiqlənib

19 mart, 14:19

Süni İntellekt Akademiyası yaradılacaq – SƏRƏNCAM

19 mart, 12:55

32 ildən sonra Cəbrayıl şəhəri Mehdi Mehdizadə adına məktəbdə Novruz sevinci yaşanıb

19 mart, 12:51

İlin ilk Günəş tutulması baş verəcək

19 mart, 12:42

Peşə təhsili müəssisələrində 200 təhsilverən üçün təlim keçirilib

19 mart, 11:42

Məktəbəhazırlıq qrupları üzrə şagird yerdəyişməsi dayandırılır

19 mart, 11:38

Fidan Nəcəfova: Rəqəmsallaşma müəllimlərin iş yükünü azaldacaq – MÜSAHİBƏ

19 mart, 11:15

Naxçıvanda sertifikatlaşdırmada iştirak edəcək təhsilverənlərlə görüş keçirilib

19 mart, 10:55

Paytaxt məktəblilərindən maraqlı Novruz tamaşası 

19 mart, 10:48

AMEA-nın 80 illiyi qeyd ediləcək –  SƏRƏNCAM

19 mart, 10:41

Latviyada təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

19 mart, 10:40

Prezident və birinci xanım Ağdərədə sakinlərlə birlikdə Novruz tonqalını alovlandırıblar

19 mart, 10:35

ADPU-nun Şəki filialında “Konstitusiya və suverenlik ili”nə həsr olunmuş elmi konfrans keçirilib

19 mart, 10:06

Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.