Bütün xəbərlər
19 mart, 10:00

Bahar – təbiətin yenidən doğuşu, çiçəklərin rəngarəng harmoniyası və quşların şən nəğməsidir. Lakin müasir dövrün reallığı bizi düşündürməyə vadar edir: Görəsən texnologiya və şəhər həyatına aludə olmuş uşaqlar təbiətin bu sehrini yetərincə duya bilirmi?

Bəzən təbiətin ahəngini pozduğumuzun fərqinə varmadan ağacları kəsir, çayları çirkləndirir və canlıların həyatına biganə yanaşırıq. Halbuki hər toxumun cücərməsi, hər ağacın kölgəsi, hər yarpağın pıçıltısı bizə bir mesaj verir: "Qoru! Məhv etmə!".

Məhz bu ideyanı tərənnüm edən “Qoru! Məhv etmə…Təbiətlə dost ol! – Bahar əfsanəsi” adlı tamaşa uşaqlara ekoloji məsuliyyət hissini aşılamaq məqsədilə səhnələşdirilmişdi. 

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının səhnəsi bu dəfə qeyri-adi bir tamaşaya ev sahibliyi edirdi. 

“Azərbaycan müəllimi” olaraq bizlərin də dəvətli olduğu tamaşa sadəcə bir teatr nümayişi deyildi – bu, şəhid övladlarının öz istedadlarını göstərdiyi, onların səhnədə parladığı və gələcəyə ümidlə baxdığı unudulmaz bir gün idi. 

Tamaşadan əvvəl Azərbaycanın Dövlət Himni səsləndirildi, ardınca Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 

“Yonca” Estetik İnkişaf Mərkəzinin təsisçisi Lalə Zahir çıxış edərək bu layihənin əsas məqsədinin Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin övladlarının istedad və yaradıcılıq potensialının üzə çıxarılması və peşəkar səhnədə özlərini aktyor kimi sınamağa imkan yaratmaq olduğunu vurğuladı. Qeyd olundu ki, “Qoru! Məhv etmə... Təbiətlə dost ol! – Bahar əfsanəsi” adlı tamaşa "Zəfər sədası" xor qrupundan ibarət şəhid övladlarının aktyor kimi çıxış etdiyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin dəstəyi ilə hazırlanan ikinci tamaşadır. Lalə Zahir bu layihəyə davamlı olaraq dəstək göstərən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin sədri Araz Paşayevə öz minnətdarlığını bildirdi.
ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə çıxışında ölkəmizdə uşaqların sağlam, xoşbəxt və təhsilli böyüməsinə xüsusi diqqət və qayğı ilə yanaşıldığını diqqətə çatdırdı. Onun sözlərindən aydın oldu ki, ATİAHİ uşaqlara yönəlmiş bu cür layihələri hər zaman dəstəkləyir və onların rifahı üçün müxtəlif təşəbbüslər həyata keçirir. 

Çıxışının sonunda Mirzə Cəfərzadə ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayevin tədbir iştirakçılarına ən xoş arzularını çatdırdı.
Və nəhayət, səhnədə "Qoru! Məhv etmə ... Təbiətlə dost ol! – Bahar əfsanəsi” tamaşası başladı. Şəhid övladları bir-birindən maraqlı nağıl qəhrəmanlarına çevrildi, öz istedadları ilə tamaşaçılara duyğulu anlar yaşatdılar. 5-14 yaşlı uşaqlar bu tamaşayla texnologiyaya aludə olmuş cəmiyyətin təbiətdən uzaqlaşmasını və bunun fəsadlarını göstərən böyük bir həqiqəti müxtəlif nağıl qəhrəmanlarını canlandırmaqla çatdıra bildilər. 

Belə ki, hadisələr Ehtiram və bacısının ətrafında baş verirdi. Onlar təbiəti qorumağın əhəmiyyətini dərk etmədən gündəlik həyatlarına davam edirdilər. Ehtiram vaxtını planşet oyunlarında keçirir, bacısı isə sosial şəbəkələrdə toxum cücərtməyin hekayəsini paylaşmaq istəyir. Anaları bu yanlış vərdişlərini düzəltmək üçün onlara təbiətin hikmətini anlatmağa çalışır.

Gecə yatarkən Ehtiram sehrli bir yuxu görür. O, burada Ağac, Quş, Çiçək və Maral kimi təbiət personajları ilə qarşılaşır və onların təbiətə vurulan zərərlərdən necə əziyyət çəkdiklərini öyrənir. Bu balaca oğlan meşədə qaladığı ocağın təhlükəsini, yerə atılmış saqqızın quşlara dəhşətli ziyan vurduğunu və dərilmiş çiçəklərin həyatını itirdiyini anlayır. Külək adlı sehrli personaj isə insan səhlənkarlığının yaratdığı tullantılar və çirklənmə ilə onları qorxudur. Bir sözlə, ağaclar danışır, quşlar kömək istəyir, çiçəklər göz yaşlarına boğulur. Oyananda Ehtiram və bacısı artıq fərqli düşünürdü.

Sonda Ehtiram səhvlərini anlayır. Ana təbiəti qorumağa söz verir və bacısı ilə birlikdə gələcəkdə daha diqqətli olacaqlarına dair qərar verirlər.

Tamaşa "Zəfər sədası" xor qrupunun ifasında Azərbaycanın milli-adət ənənələrini özündə əks etdirən ədəbi-musiqili kompozisiya ilə davam etdirildi. 

Sonda tədbirin bütün iştirakçılarına və azyaşlı qonaqlara ATİAHİ Respublika Komitəsi tərəfindən hədiyyələr təqdim olundu. 

Bizlərə görə, bu günün ən böyük hədiyyəsi şəhid övladlarının səhnədəki inamı, tamaşaçıların alqışları və gələcəyə olan ümidi idi. Bu tamaşa təkcə bir teatr nümayişi deyil, həm də bir vəfa borcu, bir xatirə və bir gələcək arzusu idi.

Foto: Kənan Qafarov

1 /20

Şərhlər

Xəbər lenti

2 may, 14:09

Naxçıvanda kitab sərgisi keçiriləcək

2 may, 13:40

NDU-nun tabeliyinə verilən institutlar: Gözləntilər

2 may, 12:50

Sabahın hava proqnozu açıqlanıb

2 may, 12:39

ADA Universitetində 13-cü Karyera Sərgisi keçirilib

2 may, 12:15

Yaradıcı düşüncə, yoxsa düzgün cavab?

2 may, 12:09

“BilBacar” müsabiqəsinin may ayı üzrə hazırlıq mərhələsinə start verilib

2 may, 12:03

Azərbaycanda universitet bir sıra vəzifələrə işçi axtarır – SİYAHI

2 may, 11:57

AzMİU “QS Stars” reytinq sistemində 5 ulduz qazanıb

2 may, 11:50

Müəllimlərə güzəştli təhsil kartlarının veriləcəyi vaxt BƏLLİ OLDU

2 may, 11:39

BMU-İNHA İDP tələbələri “EduHack 2025” hakatonunda qalib olublar

2 may, 11:38

I sinfə qəbul üzrə avtomatik təyin edilmiş məktəb və müəllim seçimini ləğv etmək olar

2 may, 11:26

RFO-nun Azərbaycan dili və ədəbiyyatı və coğrafiya fənləri üzrə final turu keçirilib

2 may, 11:14

AzTU-da “Mütərəqqi texnologiyalar və innovasiyalar” mövzusunda konfrans keçirilir

2 may, 11:00

Gələcəyin ulduzları – Festival qalibləri ilə söhbət

2 may, 10:55

Təhsilverənlərin peşəkar inkişafına dəstək təlimləri davam edir

2 may, 10:48

BMU-da “CareerFest BEU 2025” adlı karyera festivalı keçiriləcək

2 may, 10:31

LDU-da “Azad Mirzəcanzadə inkişaf proqramı” ilə bağlı infosessiya keçirilib

2 may, 10:25

Naxçıvanda monitorinq keçiriləcək uşaq müəssisələri müəyyənləşdirilib

2 may, 10:15

“Üzeyir Hacıbəyli və musiqi mirası” adlı konsert tədbiri keçirilib

1 may, 21:03

Naxçıvan məktəblisi ilk dəfə informatika üzrə RFO-nun qalibi oldu

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.