Bütün xəbərlər
19 mart, 10:06

Elm və təhsil naziri Emin Əmrullayev mentorluq proqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Orxan İsgəndərov və İnsafəli Səmədovla görüşüb.  

“Azərbaycan müəllimi” xəbər verir ki, görüş zamanı Emin Əmrullayev “Yüksəliş” müsabiqəsinin ölkədə peşəkar kadrların yetişdirilməsi, onların idarəçilik bacarıqlarının inkişaf etdirilməsi və dövlət idarəçiliyinə töhfə verməsi baxımından mühüm təşəbbüs olduğunu vurğulayıb. Nazir təhsil sahəsində innovativ yanaşmalar, rəqəmsal texnologiyaların tətbiqi və təhsil idarəçiliyinin səmərəliliyinin artırılması istiqamətində aparılan islahatlar barədə də geniş məlumat verib. Emin Əmrullayev qeyd edib ki, idarəetmə potensialı yüksək mütəxəssislərin elm və təhsil sahəsinə inteqrasiyası bu sahənin davamlı inkişafı üçün vacibdir.  

Daha sonra Orxan İsgəndərov və İnsafəli Səmədov mentorluq proqramının onlara verdiyi imkanlardan danışaraq təhsil sistemində müasir idarəetmə modelləri, təhsilin keyfiyyətinin artırılması və elmi tədqiqatların stimullaşdırılması ilə bağlı fikirlərini bölüşüblər. Onlar, xüsusilə, təhsilin rəqəmsallaşdırılması, innovativ pedaqoji yanaşmaların tətbiqi və beynəlxalq təcrübənin yerli təhsil sisteminə inteqrasiyasına dair təkliflərini təqdim ediblər.  

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı ölkə başçısı tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.

1 /2

Şərhlər

Xəbər lenti

8 may, 23:54

Küçə mühitində olan uşaqlarla işin təşkili mövzusunda konfrans keçirilib

8 may, 22:13

MDU-da “Cambridge Resurs Mərkəzi” yaradılıb

8 may, 17:46

IV və VI siniflərdə monitorinq elektron qaydada keçiriləcək

8 may, 17:33

Yaşadığı mühit uşağın böyüyüb "kim" olacağına necə təsir edir?

8 may, 17:01

Anar Xələfov: Bir çox hallarda evdə təhsil keyfiyyətli olmur

8 may, 16:45

Sağlamlıq imkanları məhdud uşaqlar üçün tədris fərdiləşdirilir

8 may, 16:38

Məktəblərdə xüsusi pedaqoqlar fəaliyyət göstərəcəklər

8 may, 16:30

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək

8 may, 16:30

Bir qrup mədəniyyət və elm xadiminə Prezidentin fərdi təqaüdü verilib

8 may, 16:26

Onlara Prezident mükafatları verildi – SƏRƏNCAM

8 may, 16:14

Lənkəran Dövlət Universitetində beynəlxalq elmi-praktiki konfrans keçirilib

8 may, 16:05

Nadinc şagirdlərin məktəbini dəyişdirmək həll yoludurmu?

8 may, 16:01

MDU-da Kembric Universitetinin standartlarına keçidlə bağlı əməkdaşlığa başlanılıb

8 may, 16:00

“Gələcəyimizə investisiya” proqramının açılış mərasimi keçirilib

8 may, 15:40

Azərbaycanın 76-cı Astronavtika Konqresində iştirakına dair rəsmi nəticələr açıqlanıb

8 may, 15:40

Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib

8 may, 15:34

AzMİU-nun tələbəsi Avropa çempionatında gümüş medal qazandı

8 may, 15:01

Əcnəbi tələbələrin miqrasiya məsələlərinə dair görüş keçirilib

8 may, 14:28

Sertifikasiyaya hazırlaşan müəllimlər üçün metodika və pedaqogika mövzuları

8 may, 14:21

AHİK "Sən elə bir zirvəsən" tədbiri təşkil edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.