Rusiya Federasiyasının Kazan şəhərində BRICS+ ölkələrinin iştirakı ilə “BRICS Gələcək bacarıqlar və Texniki Çağırış 2024” adlı perspektivli texnologiyalar üzrə beynəlxalq müsabiqə keçirilib.
Bakı Mühəndislik Universitetindən “Azərbaycan müəllimi”nə bildirilib ki, beynəlxalq ekspert-mentor Tural Süleymanovun rəhbərliyi ilə Azərbaycanın da təmsil olunduğu müsabiqədə universitetin “Ekologiya mühəndisliyi” ixtisasının tələbəsi Saleh Quluzadə böyük uğura imza atıb.
O, müsabiqədə “İnsansız hava vasitələrinin idarəolunması” nominasiyası üzrə III yerin qalibi olub.
Dünyanın 30-dan artıq ölkəsindən tələbə və şagirdlərin qatıldığı müsabiqə gənclərin texnoloji bilik və bacarıqlarının inkişafına dəstək və onları innovativ yeniliklərə təşviq etmək məqsədi daşıyıb.
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)