Bütün xəbərlər
20 dekabr, 15:56

— Adın nədir?
— Zöhrəbəyova Nübar, — deyə kiçik qız utancaq, amma inamlı səslə cavab verir.
— Nübar, sənə bir sual verəcəm: Nədir Vətən?
Bir an düşünüb yaşına sığmayan ciddiyyətlə deyir:
— Vətən atadır, anadır, qədim adət-ənənələrimizin, milli kimliyimizin qorunduğu yerdir. Bura mənim Vətənimdir.

Bu cavab sinif otağında ani bir sükut yaratdı. Nazir müavininin gülümsər çöhrəsi Nübarın sözlərinin dərinliyini və onun kiçik yaşda milli dəyərlərə necə yüksək qiymət verdiyini göstərirdi.

Dekabrın 13-ü. Qusarda səfərdə olan elm və təhsil nazirinin müavini Firudin Qurbanov Tofiq İsmayılov adına 6 nömrəli tam orta məktəbinə baş çəkib. Həmin gün biz də “Azərbaycan müəllimi” olaraq, bu məktəbin qonağı idik.

Dərs vaxtı olduğu üçün məktəbin həyətində sükut vardı. Binaya daxil olduğumuz zaman bu xoş sükutu şagirdlərin sinif otaqlarından gələn səsləri pozur. Qusarın əksər məktəblərində olduğu kimi, burada da şagirdlərin çoxu ləzgidir. Məktəbdə ləzgi dili 1-ci sinifdən başlayaraq tədris edilir.

Məktəbin direktoru Kəmalə Sadıxova bizi təhsil müəssisəsinin fəaliyyəti ilə tanış edir. Qürurla bildirir ki, burada 1122 şagird təhsil alır, pedaqoji heyət isə 84 nəfərdən ibarətdir. Təhsil ikinövbəli təşkil olunur. 

-    Kəmalə xanım, Firudin Qurbanov məktəbin kitabxanasına baxış keçirən zaman kitabxananın şagirdlərin oxu tələblərinə uyğun olaraq yenidən təşkil edilməsi ilə bağlı göstəriş verib. Ümumiyyətlə, dərslik və digər vəsaitlərlə bağlı vəziyyət necədir?
-    Burada müxtəlif millətlərdən olan şagirdlər təhsil alır. Onların arasında azərbaycanlı, rus, ukraynalı uşaqlar olsa da, əksər şagirdlər ləzgidir. Məktəbdə ləzgi dili 1-9-cu siniflərdə tədris olunur. Burada “Ana dili” günləri keçirilir. Kitabxanamızda 22 minə yaxın vəsait var. Onlardan 16 mini dərslikdir. Lakin əlavə vəsaitlərin heç də hamısı şagirdlərin müasir oxu tələblərinə uyğun deyil. Buna görə də kitabxananın yenidən təşkili məktəbimiz üçün çox lazımlı və vacib məsələdir. 

Məktəbin xüsusi diqqətçəkən layihələrindən biri icma əsaslı məktəbəqədər təhsil qrupudur. Hazırda burada 24 uşaq təhsil alır.
— Layihədə çalışan müəllimlərimiz peşəkar və ixtisaslaşmışdır. Bu qrupda uşaqların intellektual və sosial inkişafına xüsusi diqqət yetirilir, — deyə Kəmalə xanım vurğulayır.

Tərbiyəçi-müəllim Gülsovet Məcidova isə layihənin rayonda məktəbəqədər təhsilə marağı artırdığını deyir:
— Hər gün iki saat olmaqla, həftədə dörd gün uşaqlarla məşğul oluruq. Erkən yaş dövrlərində onların əqli, fiziki və yaradıcı potensialını inkişaf etdirmək əsas məqsədimizdir. Uşaqların sadə əmək vərdişlərinə yiyələnməsi, psixoloji dayanıqlığının formalaşması da diqqət mərkəzindədir.
Gülsavet xanım vurğulayır ki, əksər uşaqların ana dili ləzgi dilidir, amma dövlət dili onlara elə kiçik yaşlardan öyrədilir. Bu da onların gələcək təhsilində uğur qazanmalarına böyük kömək edir.

Qrupda tədrisə yeni cəlb edilən uşaqlarla söhbətləşirik. Dörd yaşlı Nafisa həvəslə mahnı oxumağa başlayır və bir anın içində bütün dostları da ona qoşulur. Balaca qız gələcəkdə həkim olmaq istəyir. 

Onun yanındakı beş yaşlı Çiçək isə həm rus dilində şeir deyir, həm də öz məsum mesajını çatdırır:
— Mən - qusarlı Çiçək bütün yaşıdlarıma salam söyləyirəm! Onlara demək istəyirəm ki, bağçalarını və müəllimlərini çox sevsinlər.
Bu uşaqlara baxdıqda Qusarın gələcəyinin sağlam əllərdə olduğu hiss edilir. Tofiq İsmayılov adına 6 nömrəli məktəb təkcə təhsilverən bir ocaq deyil, həm də millətlərarası birlik və mədəni dəyərlərin beşiyidir. Bura vətənini sevən balaca ürəklərin böyüdüyü, gələcəyin təməlinin qoyulduğu yerdir.

Foto: Kənan Qafarov

1 /14

Şərhlər

Xəbər lenti

17 oktyabr, 17:43

ADPU-da “Erkən nikaha son” mövzusunda görüş keçirilib

17 oktyabr, 17:34

MDU OSTİM Texniki Universiteti ilə birgə laboratoriyalar yaradacaq

17 oktyabr, 17:27

Təqaüd proqramlarının iştirakçıları üçün ingilis dili təlimi keçirilib

17 oktyabr, 17:09

Türk dünyasının ilk riyaziyyat olimpiadasına qeydiyyat başladı

17 oktyabr, 17:01

Mədəniyyət və Elm və Təhsil nazirliklərinin birgə işçi qrupunun növbəti görüşü keçirilib

17 oktyabr, 16:58

Övladın ev tapşırığını çətinliklə yerinə yetirirsə, necə kömək edə bilərsən?

17 oktyabr, 15:50

Müəllimləri sənaye bilikləri ilə yeniləməyə çalışmaq bizi həmişə geridə saxlayacaq – Andreas Şleyxer

17 oktyabr, 15:33

Azərbaycanda ali təhsilin müddəti azaldıla bilərmi?

17 oktyabr, 15:17
17 oktyabr, 15:13

ADPU-nun yeni oxu zalı açılıb

17 oktyabr, 14:38

NDU-da elmi-praktik konfrans keçirilib

17 oktyabr, 14:34

BSU-nun ixtisaslarının əmək bazarına uyğunluğu müzakirə edilib

17 oktyabr, 14:30

Monitorinq mütəxəssisləri üçün təlim təşkil olunub

17 oktyabr, 14:27

Qəbələdə peşə məktəbinin tələbələri təlim dərslərində iştirak ediblər

17 oktyabr, 14:07

Elon Mask məni ruhlandırdı Tələbələrimiz dünyanın ən yaxşıları sırasında

17 oktyabr, 13:57

Dərslə tam vəhdətdə olmaq vəziyyəti

17 oktyabr, 13:43

İnnovativ tədris yanaşmalarını özündə birləşdirən HP IDEA təlimləri davam edir

17 oktyabr, 13:39

AzMİU-da “Tarix Yazan 44 Gün” adlı rəsm sərgisi keçirilib

17 oktyabr, 13:35

ETN vətəndaş müraciətlərinin statistikasını açıqlayıb

17 oktyabr, 12:21

UNEC-də narkomaniyaya qarşı maarifləndirici tədbir keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.