Bütün xəbərlər
test
20 dekabr, 15:50

Bakının Nərimanov rayonunun 178 nömrəli tam orta məktəbin 3 A sinfinin şagirdlərinin valideynləri övladlarının ibtidai sinif müəllimləri tərəfindən döyülərək ağızlarının bağlanıldığı iddiası ilə bəzi mətbu orqanlara açıqlama veriblər. Onlar iddia ediblər ki, uşaqları sinifdə müəllimləri Xatirə Rüstəmova tərəfindən alçaldılıb və ağızlarına yapışqan kağız vurulub.

Məsələ ilə bağlı “Azərbaycan müəllimi”nə açıqlama verən Xatirə Hüseynova isə bildirib ki, 1984-cü ildən ibtidai sinif müəllimi kimi fəaliyyət göstərir və bu müddətdə şagirdlərini Vətənə layiqli övlad kimi yetişdirmək üçün əlindən gələni əsirgəməyib. 

Müəllim qeyd edib ki, bəzən dərs prosesində şagirdlərinə biliyi və intizamı əyləncəli oyunlar vasitəsilə öyrətməyə çalışır: “Hər zaman bunun müsbət nəticələrini görmüşəm. Çünki öyrənmək bəzən çətin ola bilər, bunu əyləncəli şəkildə həyata keçirdiyimiz zaman isə daha asan və maraqlı olur. Bəzən dərs zamanı uşaqlar bir-birinə mane olmasın, köçürülmə halları yaşanmasın deyə, el arasında “Qaradinməz” adlanan oyundan da istifadə edirəm. Bu oyunun uşaqların iradəsini necə möhkəmləndirdiyinin şahidi olmuşam. Bir neçə gün əvvəl “Rəqəmsal bacarıqlar” dərsi zamanı kiçik summativ qiymətləndirmə (KSQ) yazarkən uşaqların səs-küy salmadan bütün fikirlərini dərsə yönəltmələrini təmin etmək məqsədilə bu oyundan istifadə etdim. Oyunun qaydalarına görə, səs salaraq sinif yoldaşlarına mane olan, qaydalara əməl etməyən şagirdlərin çənə nahiyəsinə rəmzi olaraq rəngli yapışqan kağız yapışdırılır. Burada əsas məqsəd şagirdlərin səs salaraq bir-birinə mane olmaması, sakitliyə riayət etməsi və uşaqların fikrinin dərsə yönəldilməsidir. Bu cür əyləncəli oyunlar uşaqlarda maraq yaratmaqla, həm də onlara dərsi daha diqqətlə dinləmələrini, oyunun qalibi olmaq üçün səbirli və iradəli olmağı öyrədir. Bu, uşaqların əylənərək dərs çalışmalarına imkan yaradır”.

Müəllim deyir ki, şagirdlərlə keçirdiyi bu oyun ilkin olaraq bəzi valideynlər tərəfindən yanlış anlaşılsa da, keçirilmiş görüşdə məsələ aydınlaşdırılıb. 

Xəbər lenti

10 yanvar, 12:54

Yoldaşına xəsarət yetirən şagird məktəbdən xaric edildi

10 yanvar, 11:05

Yeni Zelandiyada riyaziyyat təhsili böhranı: yeni strategiya şagirdlərə yardım edə bilər? 

10 yanvar, 10:55

Ötən il TİF-in layihələrində 15 664 tələbə iştirak edib

10 yanvar, 10:43

ADNSU-nun doktorant və tədqiqatçıları Avropada tədqiqat aparıblar

10 yanvar, 10:39

AzMİU-da imtahan sessiyası ərzində “Açıq qapı” günləri keçiriləcək

10 yanvar, 10:34

BilBacar müsabiqəsinin yanvar ayı üzrə hazırlıq mərhələsinə start verilib

10 yanvar, 10:29

Təhsilin keyfiyyətinin monitorinqi üçün yeni metodologiyalar tətbiq olunacaq - Cavad Cavadov

10 yanvar, 10:14

Lənkəran-Astara Regional Təhsil İdarəsinin strukturunda dəyişiklik edilib

10 yanvar, 10:00

Gələcəkdə hansı peşələr yox olacaq, hansılar populyarlaşacaq? - ARAŞDIRMA 

10 yanvar, 09:50

ADPU-da məktəbəqədər təhsilin inkişafına dəstək məqsədilə layihə yaradılıb

10 yanvar, 09:41

Müəllimlərin pedaqoji bacarıqlarının yoxlanması məqsədi ilə monitorinqlər keçirilib

10 yanvar, 09:32

TKTA və “YAŞAT” Fondu arasında görüş keçirilib

10 yanvar, 09:28

BANM-də “Keyfiyyətli təhsil – müasir çağırışlar” adlı forum keçirilib

9 yanvar, 16:53

Kamal Abdulla: Elektron məlumat bazası müəllim və tələbələrin bacarıqlarının inkişafına təsir göstərir

9 yanvar, 16:45

İmtahan həyəcanı necə idarə edilməlidir? - Tövsiyələr

9 yanvar, 16:39

İnnovativ məktəb layihəsi çərçivəsində İsraildə keçirilən təlimlər başa çatıb

9 yanvar, 16:36

Rektor: İxtisaslar əcnəbi tələbələrin ehtiyaclarına uyğunlaşdırılıb

9 yanvar, 16:32

ADPU-nun e-kitabxana xidmətindən 34 minədək şəxs yararlanıb

9 yanvar, 16:29

Təhsil proqramlarını işəgötürənlərin ehtiyaclarını nəzərə almaqla yenidən qururuq - Zəfər Qurbanov

9 yanvar, 16:25

AzTU tələbələri beynəlxalq təşkilatın təlimində iştirak ediblər

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.