Məktəbin İnkişaf Planı (MİP) çərçivəsində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində məqsəd və hədəflərin reallaşdırılması istiqamətində 9 yanvar 2025-ci il tarixində ARTİ-nin Metodik Dəstək Mərkəzi tərəfindən monitorinqlər keçirilib, MİP qrupları ilə görüşlər təşkil edilib.
Təhsil İnstitutundan “Azərbaycan müəllimi”nə bildirilib ki, görüşlərin əsas məqsədi Məktəbin İnkişaf Planının (MİP) tətbiqi ilə bağlı cari vəziyyətin dəyərləndirilməsi olub. Belə ki, 91, 159, 162 nömrəli tam orta məktəblərdə fənn müəllimlərinin metodiki və pedaqoji bacarıqlarının ölçülməsi məqsədilə tədris prosesi müşahidə olunub, onlara fərdi rəylər verilib, müşahidə olunan problemlər və həll yolları qeyd edilib.
Dərsdinləmə prosesindən sonra MİP qrupları, yəni ümumi təhsil müəssisələrinin rəhbər və pedaqoji heyəti ilə görüş təşkil edilib. MİP qrupları ilə aparılan müzakirə zamanı monitorinqin nəticələri, MİP-in icrası, tədris keyfiyyətinin yüksəldilməsinə yönələn fəaliyyətlər, qarşıya qoyulan məqsəd və hədəflərin reallaşdırılması üzrə əldə olunan nəticələr, şagirdlərin akademik nəticələri və müəllimlərin peşəkar inkişaf göstəriciləri müzakirə edilib, gələcək planlar nəzərdən keçirilib.
MİP çərçivəsində məqsəd və hədəflərin reallaşdırılması istiqamətində qarşıya çıxan çətinliklər və onların həll yolları vurğulanıb. Müəllimlər tərəfindən müzakirə mövzusuna dair fikirlər, eləcə də effektiv əməkdaşlığın inkişafına yönəlmiş təkliflər irəli sürülüb. Görüşün yekununda MİP üzrə həyata keçiriləcək növbəti fəaliyyətlər planlaşdırılıb.
Qeyd edək ki, aparılan monitorinqlərin və digər fəaliyyətlərin nəticələri əsasında hazırlanmış tövsiyələr MİP-in növbəti dövr üçün daha effektiv tətbiqinə zəmin yaradır. Bu təşəbbüs təhsilin keyfiyyətinin yüksəldilməsi, şagirdlər üçün əlverişli təhsil mühitinin təmin edilməsi və məktəbin idarəetmə və peadqoji heyətinin birgə əməkdaşlığının inkişafına dəstək məqsədilə həyata keçirilir.
1 /5
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)