Bakı Ali Neft Məktəbində (BANM) “Keyfiyyətli təhsil – müasir çağırışlar” adlı forum keçirilib.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, tədbir Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) və BANM tərəfindən təşkil olunub.
Tədbirdə Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə və TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov çıxış edərək təhsildə keyfiyyətin təminatının əhəmiyyəti və bu sahədə həyata keçirilən islahatlar barədə məlumat veriblər.
Məqsəd Bakı və Abşeronda yerləşən ali təhsil müəssisələrinin keyfiyyət təminatı strukturlarının əməkdaşlarını bir araya gətirərək müasir çağırışlar və perspektivlər haqqında müzakirələr aparmaqdır.
Forum TKTA-nın nümayəndələrinin təqdimatları ilə davam edib.
1 /9
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)