Bütün xəbərlər
10 yanvar, 09:50

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı, ADPU Həmkarlar İttifaqı Komitəsi, ADPU Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi və “T-Network” platformasının tərəfdaşlığı ilə “Məktəbəqədər Təhsil üzrə İnkişaf Mərkəzi” layihəsinə start verilib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, layihə çərçivəsində ADPU-da Məktəbəqədər Təhsil üzrə İnkişaf Mərkəzi yaradılıb.

Layihənin əsas məqsədi beynəlxalq məktəbəqədər təhsil təcrübəsinə əsaslanaraq, ADPU-da müvafiq sahə üzrə təmsil olunan müəllim və tələbələrin, o cümlədən bu sahədə çalışan şəxslərin bilik və bacarıqlarını artırmaq, onların pedaqoji səriştələrinin inkişafına dəstək olmaqdır.

Bu məqsədlə layihə iştirakçıları üçün “Məktəbəqədər təhsildə uşaqyönlü mühitin təşkili” adlı kurs proqramına başlanılıb. İştirakçılar uşaqların inkişafında təlim mühitinin dizaynı, oyunəsaslı və layihəəsaslı öyrənmə mövzularında təlimlərə qatılaraq, məktəbəqədər təhsildə müasir yanaşmalar, uşaqyönlü təhsil mühitinin təşkili və dəyərləndirmə meyarları ilə tanış olur, öz bilik və bacarıqlarını inkişaf etdirir, müxtəlif qrup tapşırıqları vasitəsilə dünya təcrübəsi ilə tanış olmaq imkanı əldə edirlər. 

Təlim məktəbəqədər təhsil üzrə beynəlxalq mütəxəssis Sənəm Əliyeva tərəfindən keçirilir. Layihə çərçivəsində “Məktəbəqədər təhsildə uşaqyönlü mühitin təşkili” adlı vəsait də hazırlanaraq təqdim ediləcək. Bununla yanaşı, bu vəsait əsasında 4 videoməzmun hazırlanacaq və əlçatanlığı təmin etmək məqsədilə bu məzmunlar onlayn formatda paylaşılacaq.

1 /4

Şərhlər

Xəbər lenti

16 sentyabr, 11:00

“Aşağı siniflərdəki tarix dərsliklərinin dilini əsaslı şəkildə sadələşdirməliyik” – Vəfa Yaqubu

16 sentyabr, 11:00

Qələbəni şəhid və qazilərimizə həsr etdik - Baş məşqçi

16 sentyabr, 10:36

Müəllimlər vahid geyimdə dərsə başladılar

16 sentyabr, 10:25

Vəfa Yaqublu: “Artıq şagirdin gündəliyinə də ehtiyac qalmayacaq” 

16 sentyabr, 10:24

AzMİU və Atatürk Universitetinin birgə təşəbbüsü ilə qlobal dialoq qurulub

16 sentyabr, 10:18

Zərdabda müəllimin məktəbə yola düşən 6 övladı – FOTO

16 sentyabr, 10:07

Rektor: Bu il universitetdə əcnəbi tələbə qəbulunun coğrafiyası genişlənib

16 sentyabr, 09:56

Minimal bal toplaya bilməyən məzunun diplomuna görə universitet məsuliyyət daşıyır – Nazir

16 sentyabr, 09:55

MÜTDA: İş dəftərlərinin alınması heç bir halda məcburi xarakter daşımamalıdır

16 sentyabr, 09:51

Peşə təhsilində təhsilalanların köçürülməsi başlayıb

16 sentyabr, 09:50

Nazir: Böyük Qayıdış çərçivəsində fəaliyyət göstərən məktəblərdə hazırda müəllim çatışmazlığı yoxdur

16 sentyabr, 09:42

Emin Əmrullayev: Şagird sıxlığını azaltmaq üçün yeni məktəblər açılır, resursların istifadəsi optimallaşdırılır

16 sentyabr, 09:37

"Azad edilmiş ərazilərdə məktəblərin bərpası və köçkün məktəblərinin inteqrasiyası planlı şəkildə aparılır" - Nazir

16 sentyabr, 09:30

Nazir: Qarabağ Universiteti Xankəndidə elmi-tədqiqat və tələbə potensialını gücləndirir

16 sentyabr, 09:29

Müəllimlərin maaşlarına əlavələr edilməyə başlanılıb

16 sentyabr, 09:23

Direktorların işə qəbulu qaydalarının detalları AÇIQLANIB

15 sentyabr, 17:32

Ağcabədi və Ağdam rayonlarında yeni məktəb binaları istifadəyə verilib

15 sentyabr, 17:21

Cənubda 2 yeni məktəb binası istifadəyə verilib

15 sentyabr, 17:20

Bir valideynin “Bilik günü”

15 sentyabr, 17:11

ADNSU-da “Bilik günü” qeyd edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.