"Ali təhsil müəssisələrində proqramların dəyişməsi sürətli olan prosses deyil. Cəmiyyət olaraq başa düşməliyik ki, dəyişiklik ağrılı prosesdir".
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu “Tərəfdaşlıqdan Tərəqqiyə” şüarı ilə keçirilən Təhsilin İnkişafı Forumunda elm və təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, universitetlərdə proqram dəyişikliyi olması hansısa fənn müəlliminin işini itirməsi deməkdir.
"Ali təhsil müəssisələrində tədris proqramını dəyişmək özlüyündə ağrılı problemdir. Dəyişiklik etmək bəzən sürətli şəkildə alınmır. Burada bəzən təhsillə bağlı səbəblər ön planda dayanmır. Biz bir dəyişiklik edərkən sosial tərəfləri də nəzərə almalıyıq".
Nazirin sözlərinə görə, dəyişmək istəyiriksə, o zaman qərarların ağrılı olmasına da dözməliyik:
"Sertifikatlaşdırma prosesi də oxşar proses idi. Sertifikatlaşdırma zamanı biz 5300 müəllimin müqaviləsinə xitam verdik. Bu bizim üçün də çətin idi".
Emin Əmrullayev ali təhsil müəssisələrində proqramlar ilə bağlı problemə toxunaraq bildirib ki, kifayət qədər fənn var ki, onları keçməyə ehtiyac yoxdur.
"Əvvəlcə problemi tanımalıyıq. Bu yalnızca universitetlərin yükü deyil. Bugünkü proqramlar 20 il əvvəlki ilə müqayisədə daha mütərəqqidir”, - deyə nazir əlavə edib.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)