Son 5 il ərzində yüksək texniki peşə təhsili səviyyəsində təhsil alanların sayı 2413 nəfər artıb.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən “Azərbaycan müəllimi”nə bildirilib ki, son 4 ildə peşə təhsilinə üz tutanların sayında artım dinamikası müşahidə olunur. Belə ki, müraciət edənlərin sayı 2020-ci ildə 40 nəfər, 2021-ci ildə 820, 2022-ci ildə 860, ötən il isə 1209 nəfər daha çox olub.
Xatırladaq ki, yüksək texniki peşə təhsili peşə təhsili pilləsinin ən yüksək səviyyəsi olaraq məzunlara subbakalavr dərəcəsi verir və ali təhsil almaq istəyənlərə imtahansız ali məktəblərə keçid imkanı yaradır.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)