Bütün xəbərlər
31 may, 17:49

Süni intellektin inkişafı cəmiyyətdə geniş və sürətli transformasiyaların əsasını qoyub. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) Şagirdlərin Beynəlxalq Qiymətləndirilməsi Proqramında (PISA) verilən tapşırıqlarda süni intellektin bu sualların həll edilməsində nə qədər uğurlu ola biləcəyini ölçməyə çalışıb. Beləliklə, süni intellektin performansı testin əsas istiqamətləri olan oxu, riyaziyyat və elm tapşırıqlarında 15 yaşlı şagirdlərin performansı ilə müqayisə edilib. Nəticələr göstərir ki, “ChatGPT” versiyaları həm oxuda, həm də elmdə orta şagird performansını üstələyir. Bundan əlavə, riyaziyyatda da süni intellekt qısa bir zamanda irəliləyişlər əldə edə bilib. Süni intellekt texnologiyasının sürətli inkişafı və onun iqtisadiyyata, cəmiyyətə potensial təsiri son illər həm tədqiqat, həm siyasət sferalarında, həm də kütləvi informasiya vasitələrində getdikcə qızğın müzakirə mövzusuna çevrilib.

Tədqiqatlar göstərir ki, oxu və elm üzrə “ChatGPT” şagirdlərin ortalamasından daha yüksək PISA nəticələri əldə edir. Belə ki, aparılan real təcrübələr göstərib ki, PISA oxu nəticələrində şagirdlər ortalama 57% (göy rəng), “ChatGPT-3.5” 2022-ci ilin noyabr ayında 73% (açıq qəhvəyi rəng), yeni təqdim olunan “ChatGPT-4” isə 2023-ci ilin mart ayında 85% (bənövşəyi rəng) daha yuxarı nəticə toplayıb. Bu da onu deməyə əsas verir ki, oxu testlərində süni intellekt şagirdləri 16% fərqlə, növbəti təkmil versiyada isə 28% qabaqlamağı bacarıb.

Riyaziyyat nəticələrində isə mənzərə qismən fərqlidir. Belə ki, şagirdlərin PISA-da riyaziyyat tapşırıqlarını ortalama həll etmə faizi 51, “ChatGPT-3.5” 35, “ChatGPT-4” isə 40-dır. “ChatGPT”nin yeni versiyasının əvvəlki versiya ilə müqayisədə daha yaxşı nəticə göstərməsinə rəğmən, şagirdlərin riyazi bacarıqları hələ də süni intellekti qabaqla bilir. Buna baxmayaraq, mövcud vəziyyətin dəyişməsi istisna deyil.

Digər tərəfdən, PISA-nın təbiət elmləri üzrə tapşırıqlarında da oxu tapşırıqlarında olduğu kimi, süni intellektin daha yaxşı nəticə göstərdiyi müşahidə edilib. Beləliklə, şagirdlər ortalama olaraq təbiət elmləri üzrə suallarda 53%, “ChatGPT-3.5” 66%, “ChatGPT-4” isə daha da yüksək (84%) nəticə əldə edib. Burada şagirdlərin PISA-da düzgün cavablarının ortalama faizi müvafiq olaraq “ChatGPT-3.5” və “ChatGPT-4”dən 13% və 18% daha aşağıdır.

Qeyd: “Students” – şagirdlər, “November” – noyabr, “March” – mart, “Reading” – oxu, “Mathematics” – riyaziyyat, “Science” – təbiət elmləri, “percent correct answers” – düzgün cavablar faizlə.

Şərhlər

Xəbər lenti

15 oktyabr, 10:52

“Rəqəmsal məktəb” layihəsinin beynəlxalq sərgidə təqdimatı olub

15 oktyabr, 10:30

Bu gün Xudu Məmmədovun anım günüdür

15 oktyabr, 10:10

Uşaq bağçada da televizora baxacaqsa, ora niyə gedir?

15 oktyabr, 10:03

BMU tələbəsi “TurkicSkills 2025”də qalib olub

15 oktyabr, 09:42

Qızı ilə sinif yoldaşı olan ana attestat aldı

14 oktyabr, 18:33

"Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya" mövzusunda 7-ci DİM Dialoqu keçirilib

14 oktyabr, 17:45

Azərbaycan cəmiyyətində müəllimlər dəyərli hesab olunurlar - OECD

14 oktyabr, 17:25

Peşə təhsili müəssisələrində təhsilverənlər üçün ixtisasartırma təlimlərinə start verilib

14 oktyabr, 16:52

ADPU-da mentorluq proqramı start götürüb

14 oktyabr, 16:45

ADNSU-da gənclər üçün IT təlimi keçirilib

14 oktyabr, 16:31

Fizika və biologiya olimpiada seçmələrinin nəticələri elan olundu

14 oktyabr, 15:53

UNEC-də “Stresin və emosional zəkanın idarə olunması” mövzusunda təlim keçirilib

14 oktyabr, 15:50

ADNSU əməkdaşları sənaye təcrübə proqramında iştirak ediblər

14 oktyabr, 15:35

62 min əlilliyi olan uşağın cəmi 13 mini təhsil alır, bəs qalanlar haradadır?

14 oktyabr, 15:32

2027–2030-cu illər üzrə elm və təhsil hədəfləri müzakirə edilib

14 oktyabr, 13:46

Hüseyn Hüseynov: Keyfiyyətli təhsilə əlçatanlığın artırılması istiqamətində fəaliyyətlər genişləndirilməlidir

14 oktyabr, 13:36

Tələbə Futzal Liqasında 2025/2026 mövsümünün oyun cədvəli açıqlanıb

14 oktyabr, 13:12

Yeni peşə təhsili müəssisələri tikiləcək

14 oktyabr, 13:08

Dövlət bir təhsilalana nə qədər pul xərcləyir? - Bağça xərcləri öndə

14 oktyabr, 13:01

Azərbaycan TALIS 2024 tədqiqatında yüksək nəticələr göstərib – HESABAT

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.