Bütün xəbərlər
11 oktyabr, 16:54

Azərbaycanın iştirak etdiyi hər üç PIRLS (Progress for International Reading Literacy Study) tədqiqatı dövrünün nəticələrində oğlan və qız şagirdlərin oxuyub-anlama bacarığına dair təhlillər də öz əksini tapıb. Beynəlxalq hesabata əsasən hər üç PIRLS tədqiqat dövründə Azərbaycanda qız şagirdlər oxuyub-anlama üzrə oğlan şagirdlərdən daha yüksək nəticələr göstərib. Bundan başqa, qızların topladıqları balların illər üzrə azalma tendensiyası oğlanların topladıqları balların illər üzrə azalma tendensiyasına nəzərən daha aşağı olub.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb. Qeyd olunub ki, iştirak edən bütün ölkələrdə qızlar oğlanlardan daha yüksək nəticə göstərib. Azərbaycan oğlan və qız şagirdlər arasında oxuma bacarığı üzrə fərq baxımından PIRLS 2021 tədqiqatına qoşulmuş 65 iştirakçı arasında 37-ci yerdədir. Cinslər arasındakı bu fərq statistik əhəmiyyətlidir və ölkələrin sıralamasındakı yer baxımından fərqin orta səviyyədə olduğunu bildirmək olar.

Müvafiq nəticə üzrə ətraflı məlumat əldə etmək üçün keçidə daxil olaraq beynəlxalq hesabatla tanış ola bilərsiniz: https://pirls2021.org/results/trends/by-gender

Məlumat üçün bildirək ki, Azərbaycanın 2011-ci ildən iştirak etdiyi PIRLS – Oxu savadlılığının inkişafı üzrə beynəlxalq tədqiqat (Progress in International Reading Literacy Study) dördüncü sinif şagirdləri arasında keçirilməklə onların ədəbi təcrübələrini və məlumatları əldə edib, istifadə etmək bacarığını ölçür.

1 /1

Şərhlər

Xəbər lenti

17 sentyabr, 15:11

AzTU ilə Kipr Bahçeşehir Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

17 sentyabr, 13:56

BDU "QS Biznes magistr proqramları reytinqi"nə daxil olub

17 sentyabr, 13:56

Quba məktəbinin müəllimləri vahid geyimdə dərsə başladılar

17 sentyabr, 13:48

“Müəllimim bunker, müəllimim markerdir…” – Miflər nəticələrə təsir edirmi?

17 sentyabr, 13:15

İsveç məktəblərində mobil telefondan istifadə qadağan edilir

17 sentyabr, 13:09

Azərbaycanda institutun adı dəyişdi – QƏRAR

17 sentyabr, 13:01

Uşaq bağçada xəsarət aldı, vəziyyəti qənaətbəxşdir – AÇIQLAMA

17 sentyabr, 12:53

Bu tələbələrə 2000 manat pul mükafatı veriləcək

17 sentyabr, 12:20

Bakının 353 məktəbində kağız jurnaldan istifadə edilməyəcək – AÇIQLAMA

17 sentyabr, 11:37

Peşə təmayüllü siniflərin qrup rəhbərləri üçün təşkil olunan təlimlər yekunlaşıb

17 sentyabr, 11:29

Nazir müavini və DİM sədri Bərdə Dövlət Peşə Təhsil Mərkəzini ziyarət ediblər

17 sentyabr, 11:03

Universitetlərin inkişaf yolu: Rəqəmlərdən keyfiyyətə doğru

17 sentyabr, 10:47

Təhsilini yarımçıq qoymuş 36 tələbə AzMİU-ya bərpa olunub

17 sentyabr, 10:37

Azərbaycanlı tələbələr Qazaxıstanda təqaüdlə təhsil alacaqlar

17 sentyabr, 10:05

Üç peşə ixtisası üzrə bacarıqların qiymətləndirilməsi həyata keçirilib

17 sentyabr, 09:58

BDU-da Tələbə İnkişaf Mərkəzi açılıb

17 sentyabr, 09:55

Ali məktəblərə yüksək balla qəbul olan məzunlarla görüşlər keçirilib

17 sentyabr, 09:51

ADPU yeni tələbələrini qarşılayıb

17 sentyabr, 09:43

AzTU İsrailin Holon Texnologiya İnstitutu ilə əməkdaşlığa başlayıb

17 sentyabr, 09:39

Dövlət Proqramı iştirakçısı “Diana” mükafatına layiq görülüb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.