Bütün xəbərlər
16 oktyabr, 15:12

Milli Azərbaycan Tarixi Muzeyində Səfəvilər dövlətinin banisi və ilk hökmdarı Şah İsmayıl Xətainin 1508-ci ilə aid fərmanının təqdimatı keçirilib.

“Azərbaycan müəllimi” AZƏRTAC-a istinadən xəbər verir ki, Şah İsmayıl Xətainin sağlığında yazılmış və dövrümüzə qədər gəlib çatmış 20 sənəddən biri olan bu fərman 2024-cü ilin aprel ayında Azərbaycan vətəndaşı tərəfindən “Christie's” hərracında satın alınıb və Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə edilib.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov muzey fondlarının zənginləşdirilməsinin prioritet məsələlərdən biri olduğunu vurğulayıb. Nazir müavini bir azərbaycanlı vətəndaşın bu tarixi sənədi hərracdan alaraq Vətənə gətirməsini əlamətdar hadisə kimi qiymətləndirib. Fərid Cəfərov tarixi-maddi faktların toplanılması ənənəsinin davam etdirilməsinin müsbət hal olduğunu bildirib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli paytaxta gətirilən sənədin siyasi və tarixi əhəmiyyətindən söhbət açıb. O bildirib ki, böyük tarixi şəxsiyyət olan Şah İsmayıl Xətainin möhürü olan fərmanın Milli Azərbaycan Tarix Muzeyinə təqdim olunması muzeyin fondu üçün çox qiymətlidir. İsa Həbibbəyli çıxışının sonunda qeyd edib ki, Mədəniyyət Nazirliyinin bu təqdimat mərasimini təşkil etməsi dövlətçilik tariximizə töhfədir.

Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlı çıxışında 500 yaşlı sənədi xaricdəki hərracdan satın alıb Azərbaycana gətirən həmvətənimizə dərin minnətdarlığını bildirib. O bildirib ki, fərman farsca yazılsa da, tuğranın içində “sözümüz” kəlməsi türkcə yazılıb.

AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun baş direktoru professor Kərim Şükürov bu sənədin elmi əhəmiyyəti barədə fikirlərini bölüşüb. O, bu fikirlərin fonunda Şah İsmayıl Xətainin hökmdarlıq dövrü, dövlətçilik tariximizdəki əhəmiyyətli addımlarına nəzər salıb.

Tarix və Etnologiya İnstitutunun elmi işlər üzrə direktor müavini Tofiq Nəcəfli sənədin mətni, məzmunu barədə danışıb. O, gələcəkdə də xaricdə olan bu tip qiymətli sənədlərin Azərbaycana gətirilməsini zəruri hesab edib.

Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, dramaturq İlqar Fəhmi Şah İsmayıl Xətainin yaradıcılıq xüsusiyyətləri, əsərlərinin bədii keyfiyyətləri barədə söhbət açıb.

Tədbirin bədii hissəsində Xalq artisti Munis Şərifovun bədii rəhbəri olduğu Qədim musiqi alətləri ansamblının, ansamblın solisti Əməkdar artist Nuriyyə Hüseynovanın ifaları, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri - Rahib Allahverdiyev və Firuzə İsmayılın qiraətində Xətainin poeziyasından nümunələr səsləndirilib.

1 /7

Şərhlər

Xəbər lenti

9 avqust, 18:29

ADNSU-nun əlaçı tələbələri Balaxanıda “ADNSU-100” lövhəsinin açılışını ediblər

9 avqust, 18:24

Qalib Liderin diplomatik Zəfəri

9 avqust, 11:19

Prezident İlham Əliyev Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibə verib

9 avqust, 11:10

Azərbaycan Prezidentinin və Ermənistanın Baş nazirinin Vaşinqton şəhərində keçirilmiş görüşünə dair Birgə Bəyannamə imzalanıb

9 avqust, 11:04

Azərbaycanın və ABŞ-ın prezidentləri, Ermənistanın Baş naziri Ağ Evdə mətbuata bəyanatla çıxış ediblər 

9 avqust, 10:57

Vaşinqtonda Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb

9 avqust, 10:51

Birinci vitse-prezident Mehriban Əliyeva Vaşinqtonda keçirilən görüşə dair paylaşım edib

9 avqust, 10:48

Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri sülhə dair saziş layihəsini paraflayıblar və ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciəti imzalayıblar

8 avqust, 23:01

“Maarifçi”lər Elm və Təhsil Nazirliyi üçün strateji plan hazırladılar – REPORTAJ 

8 avqust, 22:02

Qrup rəhbəri və ixtisas müəllimi vakansiyası üzrə nəticələr açıqlandı

8 avqust, 19:16

Mikayıl Cabbarov Ağ Evin Elm və Texnologiya Siyasəti İdarəsinin direktoru ilə görüşüb

8 avqust, 19:10

Müəllimlərin sertifikasiya imtahanı üzrə apellyasiya nəticələri AÇIQLANDI

8 avqust, 17:48

Professor Şahbaz Muradov: Hər bir alim elmin davamlı inkişafında fəal iştirak etməlidir

8 avqust, 16:48

Növbəti 10 ildə peşə təhsili alanların sayı 50 minə çata bilər

8 avqust, 16:27

Qarabağın şagirdləri üçün “Yay məktəbi” təşkil edilib

8 avqust, 16:19

“Dərzi” və “Bərbər-vizajist-manikürçü” peşə ixtisasları üzrə bacarıqlar qiymətləndirilib

8 avqust, 16:11

Bağça müəllimi: Müasir uşaq yaradıcı müəllim tələb edir

8 avqust, 16:01

9 illik təhsil bazasından kolleclərə qəbul imtahanının nəticələri açıqlandı

8 avqust, 15:55

66 gənc ABŞ-də təhsil alacaq – 44-ü TOP10 universitetlərdə

8 avqust, 14:33

Ceyhun Kərəmov: Bəzi işəgötürənlər süni intellekt bacarıqlarını da tələblər siyahısına daxil edir 

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.