
Diaqnostik qiymətləndirmə tərbiyəçi-müəllimin öz peşəsi üzrə inkişaf ehtiyaclarını müəyyənləşdirmək üçündür. Diaqnostika zamanı tərbiyəçi-müəllimlərin kvalifikasiya göstəricilərinin sahələri üzrə bilik və bacarıqların təməl səviyyədə olması tələbi qiymətləndirmə etalonu kimi müəyyən edilir. Bu səbəbdən, test imtahanı zamanı asan və orta çətinlik dərəcəli suallardan istifadə ediləcək.
"Azərbaycan müəllimi" Təhsil İnstitutu tərəfindən hazırlanan qiymətləndirmə çərçivə sənədinə istinadən xəbər verir ki, qiymətləndirmə cədvəli test imtahanı mərhələsinin sualları aşağıdakı meyarlarda əks olunur.
Soldakı sütunda sahələrə görə ümumi sual sayı qeyd edilib. Sahələrə görə müəyyənləşmiş mövzular üzrə fakt, anlayış, prinsip (qaydalar, xassələr, qanunlar) və situasiya tipli sualların hazırlanması nəzərdə tutulur.
Sağdakı sütunda imtahan suallarının çətinlik səviyyələrini müəyyənləşdirmək üçün Blum taksonomiyasının mərhələləri idrak səviyyələrinin yaxınlığına görə qruplaşdırılaraq ardıcıllıqla verilib, tapşırıqların say aralıqları göstərilib. Həmin rəqəmlər testə daxil ediləcək sualların minimum və maksimum sayını göstərir.
Məsələn, əgər say aralığı “2-4” kimi göstərilibsə, bu, müvafiq sual sayının minimum 2, maksimum 4 olacağını bildirir.

Qeyd edək ki, imtahanda iştirakçılara 60 sual təqdim olunur. Hər imtahan sessiyasındakı sualların sayı cədvəldəki xanalarda qeyd olunan aralıqlara uyğun olaraq dəyişə bilər.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər