
UFAZ-ın 2024/2025-ci tədris ili üçün magistratura proqramlarına qeydiyyatın birinci mərhələsi tezliklə başlayacaq. UFAZ aşağıdakı ixtisaslar üzrə tam təqaüdlər təklif edir.
“Azərbaycan müəllimi” xəbər verir ki, UFAZ Magistratura pilləsində aşağıdakı ixtisaslar üzrə tam dövlət sifarişli təhsil təklif edir :
Verilənlər Elmi və Süni İntellekt
Fiziki Kimya/Kimya Mühəndisliyi
Yer Elmləri
Növbəti tədris ilindən etibarən nəzərdə tutulan əsas yenilik odur ki, magistratura dərslərinin artıq yeni saatda - saat 17:00-da başlaması nəzərdə tutulur. UFAZ məzunları ADNSU və Strasburq universitetinin diplomlarını əldə edir. Bütün magistratura tələbələri istehsalat təcrübələrini Fransanın müxtəlif elmi laboratoriyalarında keçmək imkanına malikdirlər.
Qeydiyyat üçün https://admission.ufaz.az portalına daxil ola bilərsiniz.
Onlayn qeydiyyat 1 noyabr, 2024-cü il tarixindən 31 yanvar, 2025-ci ilə qədər davam edəcək. Birinci mərhələnin nəticələrinin 25 fevral, 2025-ci ildə elan olunması nəzərdə tutulur.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər