Bütün xəbərlər
31 oktyabr, 17:45

“Kurikulumların təkmilləşdirilməsi həyati zərurətdir. Yaddaş məktəbindən təfəkkür məktəbinə keçidi sözdə deyil, əməldə reallaşdırmalıyıq. Yeni Ədəbiyyat fənn kurikulumu da məhz buna xidmət etməlidir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Təhsil İnstitutunun Ədəbiyyat fənn kurikulumu üzrə işçi qrupunun üzvü Bilal Həsənli bir neçə gün öncə “Ədəbiyyat fənninin məzmununda yeniliklər” mövzusunda keçirilən vebinarda deyib.

O bildirib ki, kurikulum təkmilləşdirilən zaman yeni anlayışlar əlavə edilib. Anlayışlar səviyyəsində yeni kurikulumda “inşa” terminindən istifadə edilməyib. Yeni tədris proqramında əsas yazı işləri 5-11-ci siniflərdə esselər üzərində qurulacaq:

“İndi dərsliklərdə inşaya şərait yaradan hazır biliklər yoxdur. Əvvəlki dərsliklərdə əsərin mövzusu, ideyası, bədii xüsusiyyətləri, surətlər öz əksini tapırdı. Şagirdin də vəzifəsi həmin inşada mənimsədiyi bilikləri əks etdirməkdən ibarət idi. Amma esse şagirddən mövzuya, qoyulan problemə yaradıcı münasibət tələb edir. Beynəlxalq təcrübədə publisistik mətnlər fənn kurikulumunda əksini tapıb, lakin mövcud proqramda yox idi”.

Bilal Həsənli yeni tədris proqramında həmçinin dərsin strukturuna yaradıcı yanaşıldığını qeyd edib. Beynəlxaq təcrübədə özünü doğruldan metoddan istifadə edildiyini deyib:

“Yeni proqramda dərs strukturunda şagirddə mövzuya maraq oyatma ilkin mərhələdir. Bu, təkcə şifahi şəkildə aparılmamalı, əyanilik üçün müxtəlif texnologiyalardan istifadə edilməlidir. Sonrakı mərhələlərə araşdırma, izahetmə, möhkəmləndirmə, qiymətləndirmə aiddir. Formativ, summativ və diaqnostik qiymətləndirmə formaları olduğu kimi saxlanılıb”.

Şərhlər

Xəbər lenti

18 iyul, 18:10

Müəllimlər intellektual qabiliyyətlərini yoxladılar - Qaliblərin oyun təəssüratları 

18 iyul, 17:27

BŞTİ media nümayəndələri ilə görüş keçirib

18 iyul, 16:53

Yüksəliş” müsabiqəsinin final mərhələsinə start verilib

18 iyul, 16:36

Fərhad Hacıyev: Bu il “Yüksəliş”ə rekord sayda müraciət olub

18 iyul, 16:11

Ölkə birincisi: Hər bir işə məsuliyyətlə yanaşmaq lazımdır

18 iyul, 16:08

Fərəh Əliyeva: Əsas məqsəd dəyər yaratmaq iqtidarında olan gəncləri aşkara çıxarmaqdır

18 iyul, 15:48

Elnur Nəsibov: Təhsilə dəstək üçün artıq onlayn formada ianə vermək olar

18 iyul, 15:38

Fərhad Hacıyev: “Yüksəliş”in finalçılarının 55%-i 600-dən yüksək bal toplayıb

18 iyul, 15:16

Nazirin müşaviri: “TəhsilPlus” kartı müəllimlərin rifahının artırılmasına səbəb olacaq

18 iyul, 15:14

Avqustun 4-də jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

18 iyul, 15:08

BMU-da “Huawei” şirkəti ilə əlaqələr müzakirə olunub

18 iyul, 14:49

Naxçıvanın builki məzunları 30 ilin ən yüksək nəticəsini göstərdi

18 iyul, 14:32

Bir sinfin 4 qızıl “ulduz”u - Uğur necə əldə olundu?

18 iyul, 14:17

Ölkə birincisi: “Zəhmət çəkən insan mütləq istədiyinə nail olur

18 iyul, 13:52

Qızıl nişanla parlayan yeniyetmələrimiz

18 iyul, 12:48

Prezident İlham Əliyev Ağdamda körpələr evi-uşaq bağçasının açılışında iştirak edib

18 iyul, 12:40

Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binasının açılışı olub

18 iyul, 12:29

150 illik miras - “Əkinçi” bağlandı, amma gözlər açıldı

18 iyul, 12:26

Sabahın hava proqnozu açıqlanıb

18 iyul, 12:13

Arzularla başlayan yol qızıl mükafatla tamamlandı – Uğur hekayələri

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.