5 dekabr 2024

Bütün xəbərlər
test
4 noyabr, 12:57
1205

Doktorantura müasir elmin inkişafında, tədqiqatçıların peşəkar bacarıqlarının formalaşmasında mühüm mərhələ olmaqla ali təhsilin ən yüksək pilləsidir. Doktorantura proqramları müvafiq sahə üzrə dərin biliklər əldə etməyə, müstəqil tədqiqatlar aparmağa və akademik cəmiyyətin tələblərinə uyğun innovativ həllər təqdim etməyə imkan verir, elmi kadrların hazırlanmasını, onların elmi dərəcələrinin yüksəldilməsini təmin edir.

“Təhsil haqqında” qanunda bu ali təhsil səviyyəsi doktorluq elmi dərəcəsinin alınmasını həyata keçirən yüksək səviyyəli elmi kadr hazırlığı forması kimi qeyd olunur. 

Doktorantura təhsili ali təhsil müəssisələrində və elmi təşkilatlarda həyata keçirilir. Azərbaycanda elmi dərəcələr elm sahələri göstərilməklə fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə verilir. Məsələn, pedaqogika üzrə fəlsəfə doktoru, filologiya üzrə fəlsəfə doktoru, həmçinin pedaqogika üzrə elmlər doktoru, filologiya üzrə elmlər doktoru və s. Azərbaycanda doktorantura proqramını başa vuranlara dövlət nümunəli diplom verilir, elmi-pedaqoji kadrlar üçün elmi dərəcələr dissertantlıq yolu ilə əldə edilir. Həmçinin doktorantura təhsili olan, ali təhsil müəssisələrində çalışan şəxslərə dosent, professor elmi adları verilir. Bundan başqa, qanunvericiliyə əsasən, ali təhsil müəssisəsinin fəхri professor (dоktоr) adı vermək hüququ var. Fəхri professor (dоktоr) adının verilməsi qaydaları və şərtləri ali təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2000-2023-cü illərdə fəlsəfə doktoru proqramına 9 896 nəfər qəbul olub, 8 542 nəfər isə bu proqramı bitirib. Buna baxmayaraq, 23 il ərzində dissertasiyasını müdafiə etməklə fəlsəfə doktoru proqramını bitirənlərin sayı 885-dir. Bu da onu deməyə əsas verir ki, fəlsəfə doktoru proqramına qəbul olunanların  və təhsili başa vuranların sayı yüksək olsa da, dissertasiyasını müdafiə edərək dərəcə alanların sayı xeyli aşağıdır. Belə ki, qeyd edilən dövr ərzində fəlsəfə doktoru proqramını bitirənlərin (8 542) sadəcə 10.3%-i müvafiq olaraq fəlsəfə doktoru elmi dərəcəsini ala bilib. Ümumi tendensiyada qəbul olanların və bitirənlərin sayında artım müşahidə olunur, müdafiə etməklə bitirənlərin sayı isə təxminən eyni xətt üzrədir (Şəkil 1).

Şəkil 1. 2000-2023-cü illər ərzində fəlsəfə doktoru proqramına qəbul, bitirmə və müdafiə göstəriciləri

Azərbaycanda 116 müəssisədə fəlsəfə doktoru proqramı üzrə elmi kadr hazırlığı həyata keçirilir ki, onlardan da 74-ü elmi müəssisə və təşkilat, 42-i isə ali təhsil müəssisəsidir. Müqayisə üçün bildirək ki, bu proqram üzrə 2000-ci ildə kadr hazırlayan elmi müəssisə və təşkilatların sayı 65, ali təhsil müəssisələrinin sayı 18 olub. Beləliklə, 23 il ərzində fəlsəfə doktoru hazırlığı ilə məşğul olan elmi müəssisə və təşkilatların sayı 14%, ali təhsil müəssisələrinin sayı isə iki dəfədən də çox (133%) artıb. Sözügedən 116 müəssisənin 57-si Elm və Təhsil Nazirliyinin, 16-sı Azərbaycan Milli Elmlər Akademiyasının, 13-ü Səhiyyə Nazirliyinin, 9-u Kənd Təsərrüfatı Nazirliyinin, 3-ü Mədəniyyət Nazirliyinin, 2-i Dövlət Neft Şirkəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin, qalanları isə digər müxtəlif qurumların tabeliliyində fəaliyyət göstərir.

Ümumi buraxılışdan dissertasiyasını müdafiə edən 885 nəfərin (2000-2023-ci illər üzrə) müəssisələrə görə bölgüsünə baxdıqda məlum olur ki, onlardan 271 nəfəri (30.6%) dissertasiyasını elmi müəssisə və təşkilatlarda, 614 nəfəri isə (69.4%) ali təhsil müəssisələrində müdafiə edib (Şəkil 2). 

Şəkil 2. Ümumi buraxılışdan dissertasiyasını müdafiə edənlərin elmi müəssisə və təşkilatlara, ali təhsil müəssisələrinə görə bölgüsü

2000-2023-cü illər ərzində fəlsəfə doktoru proqramı üzrə təhsil alanların ümumi sayı 35 777 nəfərdir. Həmin şəxslərin gender balansına baxdıqda isə onlardan 18 114 nəfərinin, yəni 50.6%-nin qadın olduğu görünür. 2000-2010-ci illər ərzində bu proqramda təhsil alanların böyük faizinin kişilər olmasına baxmayaraq, 2011-ci ildən sonra qadınların sayının hər il kişilərin sayını üstələdiyi müşahidə olunur. Həmçinin 2000-ci ildə fəlsəfə doktoru proqramında təhsil alanların ümumi sayı 963, 2023-cü ildə isə 2 562 olub. Statistikaya baxdıqda bu da nəzərə çarpır ki, fəlsəfə doktoru proqramında təhsili alanların ümumi sayı 2013-cü ildən  etibarən 2000-dən daha yuxarı olur. Ümumilikdə, bu proqram üzrə təhsil alan həm kişi, həm də qadınların sayında artan tendensiya müşahidə olunur (Şəkil 3). 

Şəkil 3. 2000-2023-cü illərdə fəlsəfə doktoru proqramı üzrə təhsil alanların ümumi sayında gender balansı

Fəlsəfə doktoru proqramında 2023-cü il üzrə təhsil alan 2 562 nəfərin yaş bölgüsünə dair statistik məlumatlar göstərir ki, onların böyük əksəriyyəti gəncdir. Belə ki, 30 yaşadək olan şəxslərin sayı 1493 nəfərdir, bu isə ümumi kontingentin 58.3%-ni hissəsini təşkil edir. 30-34 yaş aralığında olanların sayı 528, 35-39 yaş aralığında olanların 322 nəfər, 40 və yuxarı yaşda olanların sayı isə 219 nəfərdir (Şəkil 4).

Şəkil 4. 2023-cü ildə fəlsəfə doktoru proqramı üzrə təhsil alanların yaş bölgüsü

2023-cü ildə fəlsəfə doktoru proqramı üzrə təhsil alan doktorantların elmi rəhbərlərin sayı 1746-dır. Elmi adlara görə bölgüsünə görə onların əksəriyyəti - 861 nəfəri (43.3%) professor, ikinci böyük əksəriyyəti (675 nəfər, 38.7%) dosentdir. Digərləri isə müvafiq olaraq akademik (42 nəfər, 2.4%) və müxbir üzvlərdir (59 nəfər, 3.4%). Bununla yanaşı, həmin şəxslərə elmi rəhbərlik edən 109 nəfərin (12.2%) elmi adı yoxdur.

2023-cü ildə fəlsəfə doktoru proqramını həyata keçirən təhsil müəssisələrində oxuyan xarici vətəndaşların sayı 90 nəfərdir. Həmin ildə 26 nəfər xarici vətəndaş bu proqram üzrə təhsilə başlayıb, 18 nəfər isə proqramı bitirib. Buna baxmayaraq, yalnız 1 nəfər dissertasiya işini müdafiə edə bilib (Şəkil 5).

Şəkil 5.  2023-cü ildə fəlsəfə doktoru proqramını həyata keçirən təhsil müəssisələrində təhsil alan xarici vətəndaşlar

Ali Attestasiya Komissiyasının son məlumatına görə, 2024-cü ilin birinci yarısında fəlsəfə doktoru proqramı üzrə 184 nəfər dissertasiya işlərini müdafiə edib. Bununla da indiyədək fəlsəfə doktoru dərəcəsi alanların sayı 1069-a çatıb ki, bu da Azərbaycan əhalisinin 0.01%-i deməkdir.

Bəzi elm sahələri üzrə bölgüyə əsasən, 2000-ci ildən 2024-cü ilin I yarısına qədər olan dövrdə fəlsəfə doktoru proqramı üzrə müdafiə edən 1069 nəfər daha çox iqtisadiyyat, filologiya, tibb, aqrar və texnika sahələri üzrə elmi iş yazıb. Daha az müdafiə olunan sahələrə isə antropologiya, fəlsəfə, əczaçılıq kimi elm sahələri daxildir (Cədvəl 1).

 Cədvəl 1. Fəlsəfə doktoru proqramı üzrə müdafiə edənlərin elm sahələri üzrə sayları (2000-2024-cü ilin I yarısı)

Bəzi elm sahələri üzrəMüdafiə edənlərin sayı
Fizika-riyaziyyat*23 nəfər
Riyaziyyat16 nəfər
Kimya32 nəfər
Biologiya55 nəfər
Texnika105 nəfər
Kənd təsərrüfatı*10 nəfər
Tarix41 nəfər
İqtisad148 nəfər
Filologiya129 nəfər
Hüquq48 nəfər
Pedaqogika71 nəfər
Tibb122 nəfər
Sənətşünaslıq54 nəfər
Siyasi22 nəfər
Kulturologiya*1 nəfər
Yer elmləri29 nəfər
Fizika11 nəfər
Aqrar119 nəfər
Mexanika4 nəfər
Əczaçılıq1 nəfər
Antropologiya1 nəfər
Coğrafiya7 nəfər
Memarlıq4 nəfər
Fəlsəfə2 nəfər
Sosiologiya4 nəfər
Milli təhlükəsizlik və hərbi2 nəfər
Psixologiya8 nəfər

“*” işarəsi ilə qeyd olunan elm sahələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 15 mart tarixli, 65 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların təsnifatı"nda yer almayıb.

Statistik göstəricilərdən göründüyü kimi, fəlsəfə doktoru proqramına qəbul olanların və bitirənlərin sayı ilbəil artsa da, dissertasiya müdafiələri və elmi dərəcə alma səviyyəsi nisbətən aşağıdır. Bu da, öz növbəsində, doktorantura təhsilinə dəstəyin və onun yenidən təşkilinə ehtiyac olduğunu göstərir. Digər tərəfdən, ali təhsilə əlçatanlığın artması, elmə ayrılan resursların və bu sahəyə marağın genişlənməsi Azərbaycanın elmi potensialının yüksəldilməsinə və onun beynəlxalq elmi arenada mövqeyinin möhkəmlənməsinə əlverişli imkanlar yaradır. Eyni zamanda, proqram üzrə təhsil alanların gender və yaş göstəricilərindəki müsbət tendensiyalar ölkədə elmi sahənin getdikcə populyarlaşdığını, qadınların elmi fəaliyyətə daha çox maraq göstərdiyini deməyə əsas verir. 

Lakin müsbət tərəflərlə yanaşı qeyd edək ki, ölkədəki elmi tədqiqatların keyfiyyətinin və elmi kadr hazırlığı səviyyəsinin yaxşılaşdırılması üçün doktoranturanın məzmununun beynəlxalq təcrübəyə uyğun yenilənməsi, namizədlərin mövzular üzrə daha yaxşı təqdiqatlar apara bilməsi üçün doktorantura təhsilinə təlim məzmununun əlavə edilməsi, yalnız bundan sonra dissertasiya mövzularının verilməsi lazımdır. Bundan başqa, doktorantların metodoloji dəstək xidmətlərinin və lazımi resurslara çıxışının artırılmasına ehtiyac var.

Nəzərə alsaq ki, elmi kadr hazırlığı güclü maliyyə dəstəyi tələb edir, mövcud təqaüdlərin və elmi layihələr üzrə maliyyələşmənin məhdud olması doktorantların tədqiqat aparmaq imkanlarını azaldır. Buna görə də ali təhsilin ən yüksək səviyyəsi olan doktorantura üçün alternativ dəstək mexanizmlərinin hazırlanması, doktorantura təhsilinə yenidən baxılma aktualdır. 

Mənbələr:
1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası
3. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 2012-ci il tarixli, 65 nömrəli qərarı

1 /5

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/03%20November%202024/da8b406f-ce3b-44f7-8de1-a2af0c6208fe_1.png
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/03%20November%202024/7d8333e2-5b73-40fc-a44d-cc196c54592d_2.png
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/03%20November%202024/76e99583-3eaa-4431-9e57-2016db78cd99_3.png
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/03%20November%202024/a04d1d11-5551-4a53-a88a-1a3e5f352775_4.png
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/03%20November%202024/bc4b7273-f301-4723-b092-2637210b4620_5.png

Xəbər lenti

4 dekabr, 20:47
22

Alimlər enerji reaksiyası fenomeni üçün izahat tapıblar

4 dekabr, 20:00
11

İdarəetmə Sistemləri İnstitutunun Elmi şurasının cari il üzrə hesabat iclasları başa çatıb

4 dekabr, 19:08
78

Gəncə Tibb Kollecinin direktoru vəzifəsindən azad edilib

4 dekabr, 18:02
136

Komanda işi, liderlik bacarıqlarımızı daha da inkişaf etdirmişik - COP29 könüllülərinin təəssüratları

4 dekabr, 17:23
25

AzMİU tələbəsi beynəlxalq çempionatın qalibi oldu

4 dekabr, 17:20
15

Azərbaycan Universitetində əcnəbi vətəndaşlar üçün hazırlıq kursu başlayıb

4 dekabr, 17:20
21

2025-ci ilin 7 kritik təhsil trendi

4 dekabr, 17:16
17

ADPU-da “İnklüziv təhsil üçün daimi peşəkar inkişaf” mövzusunda interaktiv seminar keçirilib

4 dekabr, 17:10
13

"Məktəblilərin Yaşıl dünyası” divar-rəsm müsabiqəsi

4 dekabr, 16:50
11

BMU-da tələbələr üçün mühasibatlıq mövzusunda təlim təşkil olunub

4 dekabr, 16:48
13

ADU-da məlumat sessiyası keçirilib

4 dekabr, 16:46
17

BMU-da Elmi Şuranın iclası keçirilib

4 dekabr, 16:39
39

Təbiət elmləri üzrə şagirdlərimizin nəticələri aşağı olub

4 dekabr, 16:31
28

Şagirdlərimizin riyaziyyat nəticələri bəzi Avropa ölkələrindən yüksək olub

4 dekabr, 16:19
82

Ali məktəblərə imtahansız qəbul olan subbakalavrların sayı artır – ARAŞDIRMA

4 dekabr, 15:55
40

TIMSS 2023 beynəlxalq qiymətləndirmə tədqiqatının nəticələri açıqlanıb

4 dekabr, 15:34
23

Paytaxt məktəbində şagirdin digər şagirdə xəsarət yetirməsinə aydınlıq gətirilib

4 dekabr, 14:52
12

"Scopus AI" ilə bağlı ilk infosessiya keçirilib

4 dekabr, 14:49
9

“Artikulyasiya akademiyası: şagirdlərin ictimai natiqlik proqramı” layihəsinə start verilib

4 dekabr, 14:41
13

DP məzunları BMT-nin "Confrence of Youth-COY19" tədbirində iştirak ediblər

Şərhlər (0)

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.