Bütün xəbərlər
5 noyabr, 10:53

Naxçıvan Müəllimlər İnstitutunda COP29 və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş elmi-praktik panel müzakirə keçirilib. İnstitutun Tələbə Həmkarlar İttifaqı Komitəsi və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdən əvvəl Təsviri incəsənət fakültəsinin tələbələrinin əl işlərindən ibarət sərgiyə baxış olub.

"Azərbaycan müəllimi" xəbər verir ki, institutun rektoru Azad Novruzov çıxışında bildirib ki, COP29-un Azərbaycanda keçirilməsi ölkəmizə siyasət, iqtisadiyyat, turizm, investisiya və regional liderlik də daxil olmaqla, bir çox sahələr üzrə töhfə verəcəyi gözlənilir. Ölkə prezidenti İlham Əliyevin Azərbaycanda bərpa olunan enerji və yaşıl transformasiya sahəsində effektiv siyasət yürütməsi, möhtəşəm beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi, Azərbaycanın yaşıl transformasiya istiqamətində əldə etdiyi nəticələr liderliyə gedən yolda atılmıs ən əhəmiyyətli addım olacaq və Azərbaycanın bir çox ölkələr və beynəlxalq təşkilatlarla siyasi əlaqələrinə daha da yüksək səviyyədə müsbət təsir göstərəcək.

Daha sonra Təbiət və incəsənət fakültəsinin tələbələrinin müzakirəyə həsr olunan videoçarxına baxış olub.

Konfransın gedişində paneldə Naxçıvan Müəllimlər İnstitunun Ümumi fənlər kafedrasının  müəllimi Gülnarə Səfərova “İqlim dəyişiklikləri: mahiyyəti, səbəbləri və fəsadları”, Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İctimaiyyətlə əlaqələr üzrə aparıcı məsləhətçisi Saleh Həsənov “İqlim dəyişiklikləri ilə mübarizədə və yaşıl enerjiyə keçiddə Naxçıvan modeli”, Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi İctimai Səhiyyə Xidmətinin həkim laborantı Leyla Vəliyeva “İqlim dəyişikliyinin insan orqanizminə təsiri”, Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun Elmi araşdırmalar sektorunun sektor müdiri Aynurə Qulamova  “İqlim dəyişikliyinin qida təhlükəsizliyi baxımından dəyərləndirilməsi”, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının şöbə müdiri Eyvaz Əsgərov “COP29 və həmkarlar ittifaqlarinin bu istiqamətdə gördüyü işlər və fəaliyyətləri”, Naxçıvan Müəllimlər İnstitunun Pedaqogika və psixologiya kafedrasının müəllimi Sahilə Nəcəfova “İqlim dəyişimlərinin insan psixologiyasına təsiri” mövzusunda çıxış edib.

Tədbirdə tələbələrin verdikləri müxtəlif suallar cavablandırılıb, sonda isə institutun rektoru Azad Novruzov panelistlərə təşəkkürnamə təqdim  edib.

1 /4

Şərhlər

Xəbər lenti

14 oktyabr, 18:33

"Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya" mövzusunda 7-ci DİM Dialoqu keçirilib

14 oktyabr, 17:45

Azərbaycan cəmiyyətində müəllimlər dəyərli hesab olunurlar - OECD

14 oktyabr, 17:25

Peşə təhsili müəssisələrində təhsilverənlər üçün ixtisasartırma təlimlərinə start verilib

14 oktyabr, 16:52

ADPU-da mentorluq proqramı start götürüb

14 oktyabr, 16:45

ADNSU-da gənclər üçün IT təlimi keçirilib

14 oktyabr, 16:31

Fizika və biologiya olimpiada seçmələrinin nəticələri elan olundu

14 oktyabr, 15:53

UNEC-də “Stresin və emosional zəkanın idarə olunması” mövzusunda təlim keçirilib

14 oktyabr, 15:50

ADNSU əməkdaşları sənaye təcrübə proqramında iştirak ediblər

14 oktyabr, 15:35

62 min əlilliyi olan uşağın cəmi 13 mini təhsil alır, bəs qalanlar haradadır?

14 oktyabr, 15:32

2027–2030-cu illər üzrə elm və təhsil hədəfləri müzakirə edilib

14 oktyabr, 13:46

Hüseyn Hüseynov: Keyfiyyətli təhsilə əlçatanlığın artırılması istiqamətində fəaliyyətlər genişləndirilməlidir

14 oktyabr, 13:36

Tələbə Futzal Liqasında 2025/2026 mövsümünün oyun cədvəli açıqlanıb

14 oktyabr, 13:12

Yeni peşə təhsili müəssisələri tikiləcək

14 oktyabr, 13:08

Dövlət bir təhsilalana nə qədər pul xərcləyir? - Bağça xərcləri öndə

14 oktyabr, 13:01

Azərbaycan TALIS 2024 tədqiqatında yüksək nəticələr göstərib – HESABAT

14 oktyabr, 12:37

MDU Ege Universiteti ilə ortaq magistratura proqramları hazırlayacaq

14 oktyabr, 12:28

Təhsil krediti alanların yarıdan çoxu qadındır

14 oktyabr, 12:03

Sadiq Əliyev: Rəqabətqabiliyyətli olmaq üçün bilik və bacarıqlar daim yenilənməlidir

14 oktyabr, 11:51

Bahar Muradova: Müharibədən zərər çəkmiş ərazilərdə təhsil sahəsi diqqətdə saxlanılır

14 oktyabr, 11:48

İşğaldan azad edilmiş ərazilərdə 300-dən çox şəxs peşə hazırlığına cəlb olunub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.