Bütün xəbərlər
test
6 noyabr, 11:50

Bu il ölkədə beş məktəb yenidən təşkil edilərək fəaliyyətini yalnız tam orta təhsil səviyyəsi (X-XI siniflər) üzrə davam etdirməyə başlayıb. Pilot layihə ilk dəfə Lənkəran, Quba, Neftçala, Sumqayıt və Şəki şəhərlərində icra olunur.

2007-ci ildən fəaliyyət göstərən Şəki şəhər 6 nömrəli tam orta məktəb də seçilmiş pilot məktəblərdən biridir. Bu ildən yeni təhsil sisteminə keçən məktəbin hər bir təmayül sinfində 15-20 şagird təhsil alır. 

“Bu sistem sayəsində repetitorlara müraciətə ehtiyac qalmır”

Məktəbin yenidən təşkilində məqsəd ümumi orta təhsil səviyyəsini bitirmiş şagirdlər üçün daha keyfiyyətli təhsil imkanları yaratmaq və onların inkişafı üçün əlverişli sosial-psixoloji mühit formalaşdırmaqdır. 

Məktəbin direktoru Elçin Əlibalayev bildirib ki, tədris prosesi şagirdlərin maraq və qabiliyyətlərinə uyğun olaraq, təmayül tədris planları əsasında təşkil olunub. Tədris planları şagirdlərin dərinləşdirilmiş biliklərə yiyələnməsinə və seçdikləri ixtisasa daha yaxşı hazırlanmasına kömək etməyi hədəfləyir. Tədris prosesini həyata keçirən pedaqoji heyət təcrübəli və peşəkar müəllimlər arasından müsahibə yolu ilə seçilib.

Məktəbdə 11-ci sinifdə 14 nəfərdən ibarət adi sinif mövcud ola da, digər 11 ədəd 10-cu sinif tamamilə təmayül siniflərdir, burada dərslər şagirdlərin seçdikləri ixtisas qrupları üzrə keçirilir, şagirdlər məktəblərə 9-cu sinif üzrə buraxılış imtahanının nəticələrinə əsasən qəbul edilirlər.

Ölkədə ilk dəfə bu formatda təhsil mühitinin yaradıldığını qeyd edən direktor şagirdlərə interaktiv dərs metodunun tədris edildiyini, test toplularından istifadə olunduğunu bildirib. Şagirdlərin siniflər üzrə bölgüsü ixtisaslarına uyğun olaraq təşkil olunub. Səhər saat 9-dan axşam 16:00-a qədər davam edən dərslərdə şagirdlər DİM-in vəsaitlərindən və digər test toplularından mütəmadi istifadə edirlər. Bu sistem sayəsində repetitorlara müraciətə ehtiyac qalmır.

Aztəminatlı ailələrin övladları üçün yeni imkanlar

E.Əlibalayev deyib ki, təhsil sistemi ədalətlilik prinsipinə əsaslanaraq, aztəminatlı ailələrin övladlarının ali məktəblərə hazırlığını əlçatan edir. Belə imkanlardan yararlanan şagirdlər hər bir dərsin peşəkar müəllimlər tərəfindən tədris olunması sayəsində uğurlu nəticələr əldə etməyə təşviq edilirlər.

Universitetə hazırlıq qrupları üzrə yaradılan siniflər Şəkinin müxtəlif kənd və şəhərlərindən müsahibə yolu ilə seçilən şagirdlərdən ibarətdir. Müəllimlər də məktəbə eyni qaydada müsahibə yolu ilə dəvət olunublar: “Məsələn, 3-cü qrup üzrə ali məktəbə hazırlaşan şagirdlər üçün yeni tədris planı hazırlanıb və bu plana əsasən, həftədə 37 dərs saatı olur. Dərslər çərçivəsində coğrafiya fənni həftədə 6 saat tədris olunur”.

“650-dən yuxarı bal toplayacağıma inanıram”

Ölkədə yeni tətbiq olunan bu təhsil sistemini yaxından araşdırmaq üçün sinif otaqlarına daxil olub şagird və müəllimlərlə də söhbət etdik. 4-cü qrup üzrə formalaşdırılmış sinfə daxil olarkən fizika dərsi tədris olunurdu. Fizika müəllimi Aynur Nağıyeva əvvəl Şəki şəhər internat məktəbində işləyib, sentyabrın 16-dan isə bu məktəbdə dərs deməyə başlayıb. 

Sinifdə bütün şagirdlər gələcəyin həkimi olmaq üçün əzmlə çalışdıqlarını bildiriblər. Şagirdlərdən biri 650 baldan yuxarı nəticə əldə edəcəyinə inanır. Başqa bir şagird isə belə bir məktəbdə oxuma şansı yarandığı üçün çox sevindiyini deyib: "Burada hazırlaşdığım ixtisas üzrə bütün fənlər tədris olunur. Repetitor hazırlığına ehtiyac yoxdur, hazırda test topluları üzərində işləyirik. Bu da bizi ixtisasımız üzrə hazırlıqlara daha yaxşı fokuslanmağımıza kömək edir. Düşünürəm ki, bu layihə ölkənin bütün təhsil müəssisələrində həyata keçirilməlidir".

“Repetitorluq xidmətindən imtina edərək burada çalışıram”

Daha sonra 3-cü qrupun siniflərinə də nəzər yetirdik. Şagirdlər test çalışmaları edirdilər. Müəllim Turqut Mirzəsoy şagirdlərin sinif bölgüsünün buraxılış imtahanının nəticələrinə görə aparıldığını bildirib: "Şagirdlərin hədəfləri yüksəkdir və nəticələri də hədəfləri ilə üst-üstə düşür. Şagirdlər “WhatsApp” yazışmalarında gecə saatlarına qədər test çalışmaları paylaşaraq birlikdə fikir mübadiləsi aparırlar. Bu da bizi dərslərimizi daha məsuliyyətlə tədris etməyə təşviq edir".

Turqut müəllim məktəbdə ailə mühitinin yaradıldığını  vurğulayıb: "Şagirdlər zehni baxımdan yüklənməsin deyə direktorla birlikdə futbol, voleybol oynayırıq. Onlar bizim övladlarımızdır və bu doğma mühitdə daha əzmlə çalışırlar".

Turqut müəllim repetitorluq xidmətindən imtina edərək burada çalışır. Müəllim dərs saatlarının orta məktəb dərslərindən daha çox olduğunu, saat 16:00-a qədər eyni qrup üzrə dərslər keçildiyini və əlavə məşğələlərə ehtiyac qalmadığını deyib.

Məktəbin direktor müavini Aqil Qaffarov da şagirdlərə qayğı və yüksək məsuliyyətlə yanaşır. O, tarix dərsinin tədrisi ilə məşğul olur və yaradılan müəllim kollektivinin zəhmətkeş, peşəkar olduğunu, şagirdlərin nəticələrinin yüksək olacağına inandığını açıqlayıb.

Şagirdlərin hədəfləri və müəllimlərin dəstəyi

1-ci ixtisas qrupu üzrə formalaşmış sinifdə isə riyaziyyat dərsi tədris olunurdu. Seçdikləri ixtisasa yiyələnmək üçün əzmlə çalışan şagirdlərin hər biri 600-dən yuxarı bal hədəfləyib və Azərbaycanın ən tanınmış universitetlərində təhsil almağı arzulayır.

Əvvəl 8 nömrəli tam orta məktəbdə çalışan riyaziyyat müəllimi Vaqif Nağıyev isə burada belə gözəl imkanın yaradıldığını eşidən kimi müsahibəyə qatıldığını deyib: "Müəllim olaraq şagirdlərin yeni tədris metodu ilə universitetə hazırlaşmalarına dəstək olmağı özümə borc bildim".

Şagirdlərdən biri gələcəyin mühəndisi olacağına məhz müəllimlərinin dəstəyi ilə nail olacağını qeyd edib: "Bu gözəl tədris metodu üçün nazir Emin Əmrullayevaə təşəkkürümü bildirirəm".

Digər 10-cu sinifdə isə 2-ci qrup üzrə tədris metodu ilə yaxından tanış olduq. Şagirdlərdən biri Şəkinin Təpəcənnət kəndindən gəldiyini və bu məktəbin onu arzularına, Bakı Dövlət Universitetinə aparan yol olduğunu deyib. Başqa bir şagird isə təhsilini burada davam etdirməyi özü üçün bir şans olaraq, qiymətləndirib.

Riyaziyyat müəllimi buraxılış imtahanı nəticələri yüksək sayılan bu şagirdlərin hər birinin yetərincə baza biliklərinə sahib olduğu qənaətindədir: "Bizim vəzifəmiz bu bazanı daha da gücləndirmək və şagirdlərimizi hədəflərinə çatmaq üçün yeni tədris metoduna alışdırmaqdır. Artıq bu mərhələni uğurla keçmişik".

Vətənpərvərlik  tərbiyəsi və Qarabağ Universitetinə səfər arzusu

Məktəbin direktoru yaxın zamanda şagirdlərin Qarabağ Universitetinə səfərini planlaşdırır: "Bu, həm Qarabağımızı görmək, həm də şəhidlərimizin əziz xatirəsini yad etmək üçün vacibdir".

Məktəbin hərbi hazırlıq müəllimi, polkovnik-leytenant Rəşid Xəlilov şagirdlərin hərbi vətənpərvərlik ruhunda yetişməsinə xüsusi diqqət göstərir. Rəşid müəllim illərlə Vətənimizin keşiyində dayanıb və təqaüdə çıxdıqdan sonra gəncləri vətənpərvərlik üzrə yüksək biliklərə yiyələndirməyi özünə borc bilib.

Şəki şəhər 6 nömrəli tam orta məktəbdə həyata keçirilən bu yeni təhsil modeli şagirdlərin uğur qazanmalaı üçün mükəmməl şərait yaradır. Peşəkar müəllim heyəti, interaktiv tədris metodları və əzmlə çalışan şagirdlər bu layihənin uğurunun göstəricisidir. Bu metodun ölkənin digər təhsil müəssisələrində də tətbiqi təhsilin keyfiyyətinin yüksəlməsinə böyük töhfə verə bilər. 

Xəbər lenti

26 dekabr, 17:18

Təhsilverənlərin sertifikatlaşdırma qaydasına dəyişiklik edildi

26 dekabr, 15:18

AMEA xaricdə ən çox elmi məqalə nəşr etdirən alimlərinin adlarını açıqlayıb

26 dekabr, 14:52

AMEA əməkdaşlarının beynəlxalq elmi bazalarda bu il 59 məqaləsi dərc olunub

26 dekabr, 14:39

Naxçıvan məktəblərində təyyarə qəzasında həlak olanlarla bağlı guşələr yaradılıb

26 dekabr, 14:22

İsmayıllıda peşə təmayüllü siniflərin kollektivi satış yarmarkası keçirdi 

26 dekabr, 13:14

Naxçıvanda müəllimlər üçün dəstək təliminə başlanılıb

26 dekabr, 13:06

LDU imtahan sessiyasına hazırlığını müzakirə edib

26 dekabr, 13:03

Geoloqlar işğaldan azad olunmuş ərazilərdə tədqiqatları davam etdirəcəklər

26 dekabr, 12:31

Yaxın günlərdə hüquqşünas kimi işə başlayacaqdı – Hökümə Əliyevanın atası danışdı

26 dekabr, 12:01

Təyyarə qəzasında həyatını itirən insanların xatirəsi yad edilib

26 dekabr, 09:55

Liseydən təsirli paylaşım: “Biz səmaya baxanda Saşanı xatırlayacağıq…”

25 dekabr, 19:28

Sabah təhsil müəssisələrində tədris ənənəvi qaydada davam edəcək - RƏSMİ

25 dekabr, 17:28

Sumqayıtın hər zaman təhsil ənənələri olub - Rektor

25 dekabr, 17:28

Rüfət Əzizov: Ali təhsilin əmək bazarına uyğunlaşdırılması ilə bağlı görüləcək işlər çoxdur

25 dekabr, 15:48

Azərbaycanda matəm elan olundu

25 dekabr, 14:17

Prezident təyyarə qəzası ilə bağlı başsağlığı verib

25 dekabr, 12:58

Qarabağ Universitetinin tələbələri üçün yeni təqaüd təsis edilə bilər

25 dekabr, 12:33

Paytaxtda 47 mindən çox şagird oxuduğu məktəbi dəyişib

25 dekabr, 12:25

Tanınması həyata keçirilən peşə ixtisaslarının sayı 26-ya çatdırılıb – Agentlik direktoru

25 dekabr, 12:14

Bakıda şagirdlərdən Yeni il şənliyi üçün pul yığılır? - AÇIQLAMA

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.