Ağsu məktəblilərindən maraqlı təşəbbüs - Tullantılardan ekoçanta hazırladılar
Ağsu şəhər 4 nömrəli tam orta məktəbinin peşə təmayüllü siniflərində təhsil alan şagirdlər tullantıların təkrar emalını həyata keçirməklə onlardan ekoçantalar hazırlayıblar.
"Azərbaycan müəllimi" xəbər verir ki, məktəbin peşə təmayüllü siniflərinin qrup rəhbəri Gülnarə Xalıqovanın sözlərinə görə, tullantıların təkrar emal edilməsində əsas məqsəd polietilen torbalardan istifadənin azaldılmasına nail olmaq, alternativ vasitə olan ekoçantalardan istifadəyə üstünlüyün verilməsini təşviq etməkdir.
Peşə təmayüllü siniflərin şagirdləri köhnəlmiş, istifadə olunmayan cins geyimlərdən də 30 ədəd ekoçanta hazırlayıblar.
Qeyd edək ki, məktəbin peşə təmayüllü sinfində 10 nəfəri “dərzi köməkçisi”, 10 nəfəri isə “qrafik dizayner” qrupunda olmaqla, ümumilikdə 20 şagird təhsil alır.
1 /3
Digər xəbərlər
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)