Biləsuvarın Əliabad kəndində şagirdlər üçün yeni yol çəkilib
Biləsuvar rayonunun Əliabad kəndində şagirdlər üçün yeni yol çəkilib.
Bu barədə "Azərbaycan müəllimi"nə M.Piriyev adına Əliabad kənd tam orta məktəbindən məlumat verilib.
Qeyd olunub ki, Biləsuvar rayonunun Əliabad kəndində yolsuzluqdan əziyyət çəkən şagirdlərin problemi həllini tapıb.
Belə ki, kəndin yeni yaşayış massivlərindən məktəbə yeni yolun çəkilməsi ilə uşaqların məktəbə yolu qısalıb. Həm də daha yağışlı havada palçıqlı yola möhtac qalmayıb.
Bildirilib ki, bu xeyirxah iş Milli Qəhrəman Mübariz İbrahimovun qardaşları Bəhruz və Rəşad İbrahimov tərəfindən görülüb.
1 /2
Digər xəbərlər
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)