Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Lənkəran Şəhər İcra Hakimiyyəti, Dövlət Turizm Agentliyinin Lənkəran Regional Turizm İdarəsi və Lənkəran Dövlət Peşə Mərkəzinin birgə təşkilatçılığı ilə Lənkəran şəhərində "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən ekofestivalda Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Taleh Qaraşovu, icra başçısı aparatının məsul işçilərini, rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərini və ictimaiyyət nümayəndələrini Lənkəranda fəaliyyət göstərən təhsil müəssisələrinin pavilyonları ilə tanış edib.
Ekofestivala sənaye, kənd təsərrüfatı emalı, milli parklar, mədəniyyət, idman, turizm və təhsil müəssisələri öz pavilyonları ilə qatılıblar. Festivalda yerli istehsal və emal müəssisələrinin çoxçeşidli məhsulları, ayrı-ayrı təsərrüfatlarda yetişdirilən ekoloji cəhətdən yüz faiz təmiz məhsullar, milli və yerli mətbəx nümunələri, sitrus meyvələri, çay, yerli sənətkarların əl işlərindən ibarət məhsullar nümayiş olunub. “Nənələr” və “Babalar” folklor rəqs qrupları və digər musiqi kollektivlərinin ifasında bədii proqram təqdim edilib.
Festival çoxsaylı yerli və xarici turistlər tərəfindən böyük maraqla qarşılanıb.
1 /4
Digər xəbərlər
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)