Pedaqoji Kollecin inklüziv təhsillə bağlı layihəsi 50,000 manat qrant qazanıb
ADPU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Kolleci inklüziv təhsil sahəsində hazırladığı layihə ilə qrant qazanıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə bp şirkətinə təqdim edilən “İnklüziv təhsil üzrə ixtisaslaşan tələbələrin bilik və bacarıqlarının inkişafı” adlı layihə təxminən 50,000 AZN məbləğində maliyyələşdirilib.
Layihə inklüziv təhsilin tədris infrastrukturunu və keyfiyyətini artırmağı, həmçinin “İnklüziv təhsil”, “Sosial iş” və “Ailə və ev təhsili” üzrə ixtisaslaşan tələbələrin bilik və bacarıqlarını təkmilləşdirməyi hədəfləyir. Bu məqsədlə Azərbaycan Dövlət Pedaqoji Kollecində üç yeni laboratoriyanın – psixo-pedaqoji təlim-tədris laboratoriyası, loqopedik təlim-tədris laboratoriyası və müalicəvi idman üzrə təlim-tədris laboratoriyası – yaradılması planlaşdırılır.
Laboratoriyalar 54 adda 100-dən çox müasir avadanlıq və cihazla təchiz olunacaq. Layihə çərçivəsində pedaqoji və inzibati heyətə həmin avadanlıqların düzgün idarə edilməsi üçün xüsusi təlimlər təşkil ediləcək.
1 /1
Digər xəbərlər
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)