Bütün xəbərlər
26 noyabr, 17:03

Təhsilin İnkişafı Fondu (TİF) ilə Qırmızı Ürəklər Fondunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul açıq elan edilir. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə TİF məlumat yayıb.

Bildirilib ki, proqrama ölkə üzrə bütün ali təhsil müəssisələrinin  I kursunda bakalavriat təhsili alan tələbə oğlan və qızlar müraciət edə bilərlər. Proqram çərçivəsində seçilmiş tələbələr aylıq təqaüd qazanmaq imkanı əldə edəcəklər.

Seçim şərtləri

  • Təqaüd proqramında iştirak etmək üçün tələb olunan meyarlar aşağıdakılardır:
  • Azərbaycan Respublikasının vətəndaşı olmalıdır.
  • Azərbaycan Respublikasının elmi-müəssisə və təşkilatlarında əyani təhsilalma forması üzrə bakalavriat təhsili (1-ci kurs) almalıdır.
  • Ali təhsil müəssisəsinə minimum qəbul balı 600 olmalıdır.
  • Dərsdənkənar fəaliyyətdə aktiv olmalıdır (könüllü, sosial fəaliyyət və s.).
  • Aşağıdakı sosial kriteriyalardan birinə uyğun olmalıdır:
    – ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvü;
    – I, II və ya III dərəcə əlilliyi müəyyən edilmiş şəxslər;valideynləri olmayan və ya uşaq evində böyümüş şəxslər.
    – hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olan şəxs:
    – I, II və ya III dərəcə əlilliyi müəyyən edilmiş şəxslər;işsiz kimi qeydiyyatda olanlar;iş yeri olmayan və yaşa görə əmək pensiyası alanlar;
    – iş yeri olmayan və yaşa görə sosial müavinət alanlar.

Qeyd: Yuxarıdakı sosial meyarlara cavab verən I kurs tələbələrinin seçimi zamanı qəbul imtahanında toplanılan bal əsas götürülür.

Seçim prosesi onlayn müraciət, qiymətləndirməmüsahibə mərhələlərindən ibarət olacaqdır. Seçim zamanı akademik göstəricilər və motivasiya məktubu nəzərə alınacaqdır. Yekun seçimdə müsahibə mərhələsində göstərilən nəticə əsas götürülür. Müsahibə zamanı namizədlərə hədəfləri, sosial vəziyyəti, fəaliyyəti, tələbələrin həyatı ilə bağlı suallar veriləcəkdir. Bütün mərhələlərdən uğurla keçən 23 tələbə aylıq 200 manat məbləğində təqaüd əldə edəcəkdir.

Müraciət forması

Bu linkə  keçid etməklə proqrama müraciət edə bilərsiniz.

Müraciət üçün son tarix: 15 dekabr 2024-cü il.

Qeyd: Təhsilin İnkişafı Fondunun təşkil etdiyi digər təqaüd proqramlarından yararlanmış şəxslər bu layihəyə müraciət edə bilməz.

1 /1

Şərhlər

Xəbər lenti

15 oktyabr, 09:42

Qızı ilə sinif yoldaşı olan ana attestat aldı

15 oktyabr, 09:42

İbtidai siniflər: Uşaqlar üçün ideal öyrənmə mühiti necə olmalıdır?

14 oktyabr, 18:33

"Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya" mövzusunda 7-ci DİM Dialoqu keçirilib

14 oktyabr, 17:45

Azərbaycan cəmiyyətində müəllimlər dəyərli hesab olunurlar - OECD

14 oktyabr, 17:25

Peşə təhsili müəssisələrində təhsilverənlər üçün ixtisasartırma təlimlərinə start verilib

14 oktyabr, 16:52

ADPU-da mentorluq proqramı start götürüb

14 oktyabr, 16:45

ADNSU-da gənclər üçün IT təlimi keçirilib

14 oktyabr, 16:31

Fizika və biologiya olimpiada seçmələrinin nəticələri elan olundu

14 oktyabr, 15:53

UNEC-də “Stresin və emosional zəkanın idarə olunması” mövzusunda təlim keçirilib

14 oktyabr, 15:50

ADNSU əməkdaşları sənaye təcrübə proqramında iştirak ediblər

14 oktyabr, 15:35

62 min əlilliyi olan uşağın cəmi 13 mini təhsil alır, bəs qalanlar haradadır?

14 oktyabr, 15:32

2027–2030-cu illər üzrə elm və təhsil hədəfləri müzakirə edilib

14 oktyabr, 13:46

Hüseyn Hüseynov: Keyfiyyətli təhsilə əlçatanlığın artırılması istiqamətində fəaliyyətlər genişləndirilməlidir

14 oktyabr, 13:36

Tələbə Futzal Liqasında 2025/2026 mövsümünün oyun cədvəli açıqlanıb

14 oktyabr, 13:12

Yeni peşə təhsili müəssisələri tikiləcək

14 oktyabr, 13:08

Dövlət bir təhsilalana nə qədər pul xərcləyir? - Bağça xərcləri öndə

14 oktyabr, 13:01

Azərbaycan TALIS 2024 tədqiqatında yüksək nəticələr göstərib – HESABAT

14 oktyabr, 12:37

MDU Ege Universiteti ilə ortaq magistratura proqramları hazırlayacaq

14 oktyabr, 12:28

Təhsil krediti alanların yarıdan çoxu qadındır

14 oktyabr, 12:03

Sadiq Əliyev: Rəqabətqabiliyyətli olmaq üçün bilik və bacarıqlar daim yenilənməlidir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.